8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzalayıblar

28 Aprel 2025 15:21
Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzalayıblar

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzaladılar.

AzerVoice xəbər verir ki, imzalanma mərasimi aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi zamanı baş tutub.

Belə ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”nı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid Rza Salehi Əmiri mübadilə etdilər.

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.