8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar. Qeyd olundu ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən "İctimai məkan" hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır. Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən "Tomorrow School" və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır.

21 Oktyabr 2025 17:02
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

BAKI,AzerVoice

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.

AzerVoice xəbər verir ki, dövlətimizin başçısına bu il yaradılan Mərkəz barədə məlumat verildi.

Qeyd olundu ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən "İctimai məkan" hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır. Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən "Tomorrow School" və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır.

Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
15:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.