9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.

7 Dekabr 2025 14:21
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AzerVoice xəbər verir ki, Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.

Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxundu.

Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən göstərilən dəstəyi vurğulayan Prezident İlham Əliyev Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına bir daha təşəkkür etdi.

Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən hədiyyə olaraq 200 yakın işğaldan azad edilmiş ərazilərimizə göndərilməsini də dostluq münasibətimizin təzahürü olduğunu dedi.

Dövlətimizin başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırladı.

İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğuladı.

Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, Fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə, Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.

Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğuladı.

Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğuladı ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.

Qəbula görə nümayəndə heyətinin adından minnətdarlıq edən Bakıt Torobayev, ilk növbədə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.

Qonaq qeyd etdi ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb.

Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğuladı.

Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiklərini dedi.

Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Məqalədə: #Azərbaycan #Bakı #Qırğızıstan #Prezident İlham Əliyev #Qarabağ #Sadır Japarov #Ağdam #Cənubi Qafqaz #Bişkek #Şərqi Zəngəzur #Mərkəzi Asiya #Bakıt Torobayev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.