6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığında Azərbaycan-Pakistan strateji tərəfdaşlığının inkişafını yüksək qiymətləndirib. Tərəflər enerji, ticarət və regional təhlükəsizlik məsələlərini müzakirə edib, həmçinin WUF13 forumunun əhəmiyyətini vurğulayıblar.

12 May 2026 21:39
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

BAKI,VOA

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

VOA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin X sosial media hesabında bildirilib.

Telefon danışığı zamanı liderlər Azərbaycan ilə Pakistan arasındakı qardaşlıq və strateji münasibətləri bir daha təsdiqləyib, energetika, ticarət və xalqlararası təmaslar da daxil olmaqla, əsas sahələr üzrə əməkdaşlığın davamlı olaraq genişlənməsini məmnunluqla qeyd ediblər.

Baş nazir Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasının əhəmiyyətini və Azərbaycanın qlobal şəhərsalma gündəliyinin irəli aparılmasında ev sahibi kimi rolunu vurğulayıb.

Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və tədbirin şəhərsalma gündəliyi üçün aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini qeyd edib.

Baş nazir Şahbaz Şərif vacib işlərlə əlaqədar tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın sessiyada yüksək səviyyədə təmsil olunacağını deyib.

Tərəflər, həmçinin regional proseslər, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi və gərginliyin azaldılması istiqamətindəki uğurlu təşəbbüslərini yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq etimadın göstəricisi olduğunu qeyd edib.

Liderlər sıx təmasda olmaq barədə razılığa gəliblər.

Baş nazir Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.

Dövlətimizin başçısı dəvəti məmnuniyyətlə qəbul edib.

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub
Məqalədə: #Bakı #Prezident İlham Əliyev #Şahbaz Şərif #diplomatiya #WUF13 #Azərbaycan Pakistan

Mövzu üzrə digər xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.