11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

31 İyul 2026 09:42
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

BAKI,VOA

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

VOA xəbər verir ki, dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.

“2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Maksat Asanaliyev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin sədri Kayrat Mamatov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum”u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə etdilər.

“AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum”u “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və “Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov mübadilə etdilər.

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.