9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Humanitar yardım siyasi alət kimi istifadə edilməməlidir -David Lammy

18 Mart 2025 10:26
Humanitar yardım siyasi alət kimi istifadə edilməməlidir -David Lammy

BAKI, AzerVoice

İngiltərə Xarici İşlər Naziri David Lammy İsrailin 15 gündür Qəzzaya yardımların girişinə mane olduğunu bildirərək bunun beynəlxalq hüququn pozulması olduğunu vurğulayıb.

AzerVoice xəbər verir ki, Lammy Britaniya Parlamentinin İcmalar Palatasında çıxışı zamanı Kanadada keçirilən G7 Xarici İşlər Nazirləri Toplantısını şərh edib.

O, toplantıda həm Ukraynaya dəstəyin, həm də Qəzzadakı humanitar vəziyyətin müzakirə edildiyini bildirib.

Nazirin sözlərinə görə, G7 ölkələri Ukraynanın azadlığı uğrunda mübarizəsinə tam dəstək verməkdə həmfikirdir. O, Rusiya prezidenti Vladimir Putinə atəşkəs elan etməklə bağlı xəbərdarlıq edərək, Moskvanın sülh danışıqlarına ciddi yanaşmadığını qeyd edib. Lammy bildirib ki, əgər Rusiya atəşkəsdən imtina edərsə, G7 ölkələrinin yeni sanksiya mexanizmləri və alternativ planları var.

Qəzzaya humanitar yardımların qarşısının alınmasını "qəbuledilməz" adlandıran Lammy, İsrail hökumətini bu mövqeyini dəyişməyə çağırıb. "Humanitar yardımdan siyasi alət kimi istifadə edilməməlidir". O əlavə edib ki, yardımın olmaması həm beynəlxalq hüquqa, həm də insani dəyərlərə ziddir. - deyə o bildirib.

Qeyd edək ki, G7 toplantısında həmçinin Rusiyanın enerji və müdafiə sektorlarına qarşı yeni sanksiyalar, eləcə də Suriyadakı keçid prosesinin əhatəli olması məsələləri də müzakirə edilib. Lammy Britaniyanın dondurulmuş Rusiya aktivlərindən Ukraynanın borclarının ödənilməsi üçün istifadə etdiyini də açıqlayıb.

Məqalədə: #Qəzza zolağı #İngiltərə #G7 #Rusiya-Ukrayna müharibəsi #Qəzzada humanitar böhran #Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.