10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

III Dünya müharibəsinin ayaq səsləri... - Haniyənin ölümü nələri dəyişəcək?

31 İyul 2024 21:00
III Dünya müharibəsinin ayaq səsləri... - Haniyənin ölümü nələri dəyişəcək?

Bakı, AzerVoice

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi bölgədə ciddi gərginliyə səbəb olub. Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbərinin İsrailin hücumu nəticəsində öldüyünü bildirib. 

HƏMAS liderinin qətli irimiqyaslı savaşlara səbəb ola bilərmi? 
 
AzerVoice Qaynarinfo istinadən xəbər verir ki, bu barədə Politoloq Azər Hüseynov açıqlamasında bildirib.

O qeyd edib ki, son dövrlər Yaxın Şərqlə bağlı olan proseslərin iplərini bir yerə yığmadan İsmail Haniyənin qətlinin pərdə arxasını anlamaq çətindir:

"Məlumdur ki, HƏMAS hərbi və siyasi qanadlardan ibarətdir. HƏMAS Fələstin xalqının müəyyən bir hissəsinin ideoloji və siyasi fikirlərini təmsil edir. Fələstin dövlətinin yaranması ilə bağlı olaraq özünün baxış bucağı var. HƏMAS Fələstin məsələsini öz baxış bucağından həll etmək üçün zaman-zaman Türkiyə, İran və digər bölgə ölkələri ilə tərəfdaşlıq edir. Bir sıra ölkələr HƏMAS-ı terror təşkilatı kimi tanısa da, bölgənin əsas oyunçuları Türkiyə və İran HƏMAS-ı terror təşkilatı kimi tanımır. Ərdoğana görə HƏMAS Fələstin xalqının mücahidləridir".

Azər Hüseynov bildirib ki, HƏMAS daxilində mötədil və hərbçi qanadlar vardır:

"İsmail Haniyənin ofisinin son zamanlar yerini dəyişməsi onun arxasında təqibin olmasının göstəricisidir. Fələstin xalqı və onun oyunçuları çox gözəl bilir ki, səslənən ifadələrin emossionallığına baxmayaraq, istisnasız bütün bölgə dövlətləri bu məsələdə öz dövlət maraqlarından çıxış edirlər. Nə fələstinlilər, nə də onları təmsil edən oyunçular özlərindən başqa heç kimə sentemental güvənmirlər. İsmail Haniyənin ölümü bu fikrin fələstinlilər arasında da bir qədər də dərinləşməsinə səbəb olacaq. Netenyahu ABŞ-a gedir, orda onu ayaqda alqışlayırlar. Məsud Pezeşkian prezident seçilir, İranın Yaxın Şərq məsələsində siyasətinin dəyişməyəcəyini bəyan edir. Ərdoğan "ansızın gəliriz" mesajını verir. Daha sonra İranda prezidentin and içmə mərasimi keçirilir. Burada bölgənin siyasi lideləri və dövlət nümayəndələri bir araya gəlir. Yəni, təhlükəsizlik fəaliyyətlərinin tam üst səviyyədə olduğu bir vaxtda İsmail Haniyə vurulur. Bu heç də sadə məsələ deyildir. 

Dünya siyasi liderlərinin bir yerdə cəmləşdiyi zamanda İsmail Haniyənin vurulması III Dünya müharibəsinin ayaq səsləridir. Türkiyə, İran və bəzi ərəb ölkələri arasında HƏMAS-ı öz siyasətinin bir elementi kimi görmək istəkləri də vardır. Bunlar dövlət siyasətinin tərkib hissəsidir. Buna görə Türkiyə mediasında bəzi ekspertlər İranı ittiham edir. İranda da yəqin ki, İsraili ittiham edəcəklər. İsrailin bəzi nazirləri "dünyanı təmizləyirik", deyirlər. Fələstinlilər isə bu "sahiblənmənin" ortasında əziyyət çəkirlər. Əslində, nə İran, nə Türkiyə, nə də digər oyunçular İsmail Haniyənin öldürülməsinin geniş rezonans doğurmasında maraqlı deyillər. Çünki bunun üçün arxa plan fəaliyyət sistemlərini hazırlamayıblar. 

Dünya və region oyunçularının bir dərdi var: "Müharibə bizim sərhədlərimizə gəlməsin". Fələstinli oyunçular və eləcə də HƏMAS da bunu çox gözəl bilir. Fələstinlilər durumun dəyişmələrindən, dövlətlərarası maraqlar müharibəsindən öz varlıqlarının qorunması üçün istifadə etməyə çalışırlar. Bu arada isə Qəzza İsrail tərəfindən bombalanır. Uşaqlar və qadınlar ölürlər. Bir də əgər Türkiyə, İran və digər bölgə ölkələri bəyanatları aşmayan fəaliyyətlərdən o tərəfə gedə bilməsələr dünya yeni bir forma ilə qarşılaşacaqdır. Assimetrik oyunçular ittifaqı. Bu isə yeni dünya müharibəsi deməkdir".

Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə  bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

III Dünya müharibəsinin ayaq səsləri... - Haniyənin ölümü nələri dəyişəcək?
Məqalədə: #İsrail #İran #HƏMAS #İsmayıl Haniyə

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.