7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

İnflyasiya ilə mübarizəyə davam edirik - Şimşek

23 Aprel 2025 09:54
İnflyasiya ilə mübarizəyə davam edirik - Şimşek

BAKI, AzerVoice

İqtisadiyyatı sabitləşdirmək və inflyasiyanı tək rəqəmli səviyyəyə endirmək üçün həyata keçirdiyimiz islahat proqramı planlandığı kimi davam edir.

AzerVoice xəbər verir ki, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ABŞ-da keçirilən G20, BVF və Dünya Bankı toplantılarında çıxış edərək, ölkə iqtisadiyyatını sabitləşdirmək, inflyasiyanı nəzarətə almaq və struktur islahatları reallaşdırmaq məqsədilə tətbiq olunan makroiqtisadi sabitlik proqramının uğurla davam etdiyini bildirib.

“Proqramımız yolundadır” deyən Şimşək, inflyasiyanı tək rəqəmli səviyyələrə salmağı və fiskal intizamı qorumağı hədəflədiklərini vurğulayıb. O, son qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda tədbirli və məsuliyyətli iqtisadi siyasətlərə sadiq olduqlarını bildirib.

Qeyd edək ki, Şimşək inflyasiyanın enerji qiymətlərindəki eniş və maliyyə şərtlərinin sərtləşməsi nəticəsində nəzarət altında qalacağını desə də, qlobal ticarət böhranlarının böyümə və ixracat üçün risk yaratdığını etiraf edib. Bununla yanaşı, ölkədaxili sərt maliyyə şərtləri və idxalın azalması cari hesab balansında müsbət dinamika yarada bilər.

Nazir həmçinin, struktur islahatlara sürət verəcəklərini, bu çərçivədə yaşıl enerji keçidi, rəqəmsal infrastruktur və süni intellekt sahəsində irəliləyişlərin prioritet olacağını qeyd edib.

Şimşək Türkiyənin istehsal gücü və coğrafi mövqeyi sayəsində Qərb bazarlarına inteqrasiyada üstünlük qazandığını, bəzi Asiya sifarişlərinin Türkiyəyə yönələ biləcəyini və bunun xarici sərmayələr üçün yeni imkanlar yaradacağını da bildirib.

Bununla yanaşı, Dünya Bankı ilə əlaqələrin gücləndiyini, təşkilatın Türkiyəyə ayırdığı öhdəliyin 17 milyard dollardan 35 milyard dollara yüksəldiyini qeyd edən nazir, texniki dəstək və bilik mübadiləsinin də önəmli rol oynadığını vurğulayıb.

Avropa İttifaqının müdafiə xərclərinə dair planlarını da dəyərləndirən Şimşək, Türkiyənin bu ehtiyacları qarşılayacaq nadir ölkələrdən biri olduğunu və bu sahədə əməkdaşlığın genişlənə biləcəyini bildirib.

Məqalədə: #Türkiyə #ABŞ #Dünya Bankı #Mehmet Şimşek #Türkiyə Xəzinə və Maliyyə Nazirliyi #G20 #infilyasiya #Türkiyə iqtisadiyyatı #İnfrastruktur əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.