8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Türk dünyası ideyası heç vaxt sönməyəcək - Fidan

25 Aprel 2025 10:21
Türk dünyası ideyası heç vaxt sönməyəcək - Fidan

BAKI, AzerVoice

Kipr türklərini daha da təcrid etməyə çalışan yanaşmalar bizim üçün qəbuledilməzdir.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Norveçli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Kipr və Avropadakı geosiyasi proseslərlə bağlı mühüm açıqlamalar verib.

Nazir bildirib ki, Kipr məsələsində federasiya modeli artıq gündəmdə deyil və bu mövqe yunan tərəfinin iradəsi ilə faktiki olaraq aradan qalxıb. “Yunanlar və Aİ nə deyirlər desinlər, tükənmiş federasiya modeli indi masadan kənarda qalıb. Kipr türklərini daha da təcrid etməyə çalışan yanaşmalar bizim üçün qəbuledilməzdir. Onların iradəsinə hörmətlə yanaşırıq, lakin hüquq və maraqlarımızdan da heç vaxt vaz keçməyəcəyik.” - deyə o bildirib.

Türkiyənin türk dünyası ilə əlaqələrə böyük önəm verdiyini vurğulayan Fidan, Anadoludan başlayan Türk birliyi idealının bu gün müstəqil Türk Cümhuriyyətləri ilə daha da gücləndiyini və bu ideyanın heç vaxt sönməyəcəyini qeyd edib.

Fidan Avropa İttifaqının Türk dövlətləri ilə artan əlaqələrdən sui-istifadə etməyə çalışdığını bildirərək bu yanaşmanın bölgədəki həmrəyliyə xələl gətirə biləcəyinə də diqqət çəkib.

Avropanın təhlükəsizlik arxitekturasına da toxunan Fidan, NATO üzvü olan, lakin Aİ-yə daxil olmayan Türkiyə və Norveçin bu məsələdə daha çox dialoq aparmasının vacibliyini bildirib. “Hazırda ABŞ olmadan güc strukturu müzakirə olunmur” - deyə o vurğulayıb.

Nazir Fidan, həmçinin dünən Küveyt Xarici İşlər Nazirinin müavini Şeyx Cərrah Cabir Əl Əhməd Əl Sabah ilə də görüş keçirib.

Məqalədə: #Türkiyə #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Avropa İttifaqı #Yunanıstan #Şimali Kipr Türk Respublikas #NATO #Norveç #Norveç və Türkiyə arasında diplomatik münasibətlər

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.