7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

PKK-nın Suriyanı tərk etməsi zəruridir - Fidan

28 Aprel 2025 09:48
PKK-nın Suriyanı tərk etməsi zəruridir - Fidan

BAKI, AzerVoice

" YPG ilə Suriya rəhbərliyi arasında imzalanan razılaşmanın qüvvəyə minməsi gözlənilir və bu çərçivədə terror təşkilatı PKK-nın da bölgəni tərk etməsi zəruridir."

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə keçirdiyi birgə mətbuat konfransında Suriyadakı son vəziyyət və regional təhlükəsizlik məsələləri barədə ətraflı açıqlamalar verib.

Fidan bildirib ki, son aylarda YPG ilə Suriya rəhbərliyi arasında imzalanan razılaşmanın qüvvəyə minməsi gözlənilir və bu çərçivədə terror təşkilatı PKK-nın da bölgəni tərk etməsi zəruridir.

Türkiyənin Suriyanın ərazi bütövlüyünə və suverenliyinə böyük önəm verdiyini vurğulayan Fidan, Ankaranın Suriyada insanların mərkəzi hakimiyyət xaricində silah gəzdirməsinə imkan verəcək heç bir təşəbbüsü qəbul etməyəcəyini bildirib. O qeyd edib ki, Türkiyə Suriyada hazırlanacaq yeni konstitusiyanın bütün qrupların hüquq və imkanlarını bərabər şəkildə təmin etməsini istəyir və bu istiqamətdə müsbət addımların atıldığını müşahidə edir.

Nazir həmçinin bölgədə illərdir davam edən müharibə, işğal və qarışıqlığın artıq sona çatmalı olduğunu vurğulayaraq, “müasir dövrdə firavan, təhlükəsiz və azad bir sistemin qurulmasının” vacibliyinə diqqət çəkib. "İŞİD (Suriyada) necə çıxarıldısa, PKK da həmçinin çıxarılacaq. Ya sülh yolu ilə, ya da başqa şəkildə" - deyə o bildirib.

Fidan Suriyadakı vəziyyətdən sui-istifadə edən və ölkənin suverenliyinə zərər vurmaq istəyən qruplara qarşı Türkiyənin qətiyyətlə mübarizə aparacağını da qeyd edib.

Görüşdə Qəzza zolağındakı humanitar böhran məsələsi də müzakirə olunub. Fidan bildirib ki, iki aydır Qəzzaya humanitar yardım daxil olmur və bölgədə ciddi ərzaq və dərman qıtlığı yaşanır. O vurğulayıb ki, Fələstin tərəfi hərtərəfli atəşkəsə hazır olduğunu göstərib və bu mərhələdə İsrailin sülhə məcbur edilməsi vacibdir.

Türkiyə olaraq Qəzzadakı vəziyyəti yaxından izlədiklərini və humanitar böhranın həlli üçün çalışdıqlarını deyən Fidan “Biz bu böhranı daimi həllə çevirmək istəyirik. ABŞ-ın göstərəcəyi səylər və prezident Donald Trampın məsələyə yanaşması da burada mühüm rol oynaya bilər. İsrailə təzyiq artırılmalıdır.” - deyə qeyd edib.

Qeyd edək ki, PKK və onun Suriya qolu olan YPG uzun müddətdir bölgədə fəaliyyət göstərir və Türkiyə bu qrupları terror təşkilatları kimi tanıyır. Ankara bölgənin sabitliyinin bərpası üçün bu qrupların silahlı fəaliyyətlərinə son verilməsini vacib hesab edir.

Məqalədə: #Türkiyə #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #PKK terror təşkilatı #Suriya #İŞİD terror təşkilatı #Suriya və təhlükəsizlik məsələləri #YPG terrorçuları #Suriyada terrorla mübarizə #Türkiyənin Suriya siyasəti #Suriyada terrora qarşı mübarizə

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

22:04
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

21:27
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.