8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

İyun ayında TDT-nin ailə nazirləri Bakıda bir araya gələcək - Birol Akgün

22 May 2025 11:55
İyun ayında TDT-nin ailə nazirləri Bakıda bir araya gələcək - Birol Akgün

BAKI, AzerVoice

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ailə institutunun gücləndirilməsinin vacibliyindən danışıb.

AzerVoice xəbər verir ki, bu gün Xəzər Universitetində keçirilən “Müasir Dövrdə Ailə Dəyərlərimiz” mövzusunda elmi-praktiki konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın 2025-ci ili “Ailə ili” elan etməsinin əhəmiyyətindən danışıb.

Akgün qeyd edib ki, müasir dövrdə ailə dəyərlərinin qorunması, cəmiyyətin davamlı inkişafı üçün olduqca vacibdir. O vurğulayıb ki, təhsilin cəmiyyətin tərəqqisinə, orta təbəqənin möhkəmlənməsinə təsiri böyükdür. Pandemiya dövründə dövlətlərin sosial və beynəlxalq güc göstəricilərinin dəyişdiyini bildirən səfir , “Yalnız iqtisadi və hərbi deyil, humanitar və sosial mənada da böhranlara qarşı müqavimət qabiliyyətimiz önəmlidir.” - deyə qeyd edib.

O, ailədən başlayaraq cəmiyyəti təşkil edən bütün qrupların bir-birinə dəstək göstərməsinin, həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib. “Biz Türkiyədə bu istiqamətdə ciddi səylər göstəririk və məhz buna görə də Rəcəb Tayyib Ərdoğan 2025-ci ili ‘Ailə ili’ elan etdi.” - deyə o bildirib.

Konfransda rəsmi qonaqlarla yanaşı, universitetin professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, iyunun 10-11-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ailə nazirlərinin iştirakı ilə Bakıda növbəti görüş keçiriləcək.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Birol Akgün #Türkiyənin Azərbaycandakı səfirliyi #Xəzər Universiteti #Müasir Dövrdə Ailə Dəyərlərimiz mövzusunda elmi-praktiki konfrans #Müasir Dövrdə Ailə Dəyərləri #2025-ci ilin Ailə ili elan edilməsi

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.