12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

İslamofobiyaya qarşı hüquqi mübarizə planı hazırlanmalıdır - Bahçeli

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyasının qrup toplantısında çıxış edərək, son günlərdə yayılan və İslam dininə qarşı hörmətsizlik kimi dəyərləndirilən karikaturaya münasibət bildirib.

1 İyul 2025 12:28
İslamofobiyaya qarşı hüquqi mübarizə planı hazırlanmalıdır - Bahçeli

BAKI, AzerVoice

MHP sədri Devlet Bahçeli qalmaqallı karikaturaya sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyasının qrup toplantısında çıxış edərək, son günlərdə yayılan və İslam dininə qarşı hörmətsizlik kimi dəyərləndirilən karikaturaya münasibət bildirib.

Bahçeli qeyd edib ki, Məhəmməd Peyğəmbərə edilən hücum və təhqirləri qəti şəkildə qınayır, İslamofobiyaya qarşı hüquqi tədbirlər görmək məqsədilə xüsusi fəaliyyət planının hazırlanmasının vacibliyini vurğulayır:

"Yumor adlı jurnalda yayılan iyrənc hücumu nifrətlə pisləyirəm və İslamofobiya təhlükəsinə qarşı mübarizənin gücləndirilməsi üçün hüquqi addımların atılmasını tələb edirəm."

O, həmçinin mövcud vəziyyətin Türkiyə və dünya ictimaiyyətində böyük narahatlıq yaratdığını, belə hallara qarşı həm siyasi, həm də hüquqi baxımdan sistemli və təsirli tədbirlərin zəruri olduğunu bildirib.

Bahçeli çıxışında həmçinin şəxsi vəziyyətindən də danışaraq, “Yaşadığım xəstəliyə görə könülsüz ayrılığa məcbur oldum, amma işimizi dayandırmadıq, gündəmi yaxından izlədik, fikirlərimizi millətimizlə paylaşdıq. Dövrümüzdə süni intellektə bağlı yalan iddialar və yersiz tənqidlərə şahid olduq. Hər şeyin yeganə əmanətçisi Uca Allahdır.” - deyə qeyd edib.

Qeyd edək ki, Türkiyədə məşhur “Leman” adlı satirik jurnalın 26 iyun tarixli buraxılışında Hz. Məhəmməd peyğəmbərin təhqiramiz təsvirinə yer verilməsi böyük ictimai qınağa səbəb olub. Jurnal barəsində "dini dəyərləri açıq-aşkar aşağılama" ittihamı ilə İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb və məsələ ilə bağlı 4 nəfər barəsində həbs qərarı verilib.

Məqalədə: #Türkiyə #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #islamafobiya #Hz Məhəmməd #Hz Peyğəmbər #Məhəmməd Peyğəmbər #İslam dünyası #Hz. Məhəmməd karikaturası

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.