14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Məqsədimiz Türkiyəni enerji sahəsində xarici asılılıqdan xilas etməkdir - Bayraktar

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında çıxışı zamanı ölkəsinin enerji siyasətləri və regional strategiyaları ilə bağlı açıqlamalar verib.

10 İyul 2025 17:53
Məqsədimiz Türkiyəni enerji sahəsində xarici asılılıqdan xilas etməkdir - Bayraktar

BAKI, AzerVoice

Ən böyük məqsədimiz Türkiyəni enerji sahəsində xarici asılılıqdan xilas etməkdir.

AzerVoice xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında çıxışı zamanı ölkəsinin enerji siyasətləri və regional strategiyaları ilə bağlı açıqlamalar verib.

Bayraktar bildirib ki, Türkiyənin gündəlik 2 milyon barrel neft və təbii qaz ehtiyacını daxili imkanlar və beynəlxalq əməkdaşlıqlar vasitəsilə qarşılamaq əsas hədəfdir: “Ən böyük məqsədimiz Türkiyəni bu sahədə xarici asılılıqdan xilas etməkdir”.

Nazir qeyd edib ki, Türkiyə son illərdə həm daxildə, həm də beynəlxalq miqyasda həyata keçirdiyi kəşfiyyat və hasilat fəaliyyətləri ilə enerji sektorunda önəmli mövqe qazanıb. Qara dənizdə qaz yataqları,Kabarda gündəlik 80 min barrel hasilat və Diyarbəkirdəki neft kəşfi bu istiqamətdə əsas mərhələlərdən hesab olunur.

Bayraktar əlavə edib ki, Türkiyə yalnız daxili istehsalla kifayətlənməyəcək, eyni zamanda Afrikada, Yaxın Şərqdə və digər regionlarda tərəfdaşlıqlar quraraq hasilata yönələcək. İraq, Azərbaycan və Bəsrə bölgəsindəki ortaq layihələr bu strategiyanın nümunəsidir.

OPEC platformasının əməkdaşlıq imkanlarına diqqət çəkən Bayraktar, Türkiyənin həm qazlaşdırma, həm də boru kəməri infrastrukturuna böyük sərmayə yatırdığını, bununla regional təchizat təhlükəsizliyinə də mühüm töhfə verdiyini vurğulayıb.

Nazir bildirib ki, Türkiyə mayeləşdirilmiş təbii qazın (LNG) Avropaya nəqlində vacib tranzit rolunu oynayır və ölkəyə daxil olan qazın istifadə olunmayan hissəsi artıq ixrac edilir.

O, Suriyada həyatın normallaşması və enerji təminatı məqsədilə təbii qazın çatdırılmasına dair layihələrin də tamamlanmaq üzrə olduğunu açıqlayıb.

Bayraktar həmçinin Türkiyənin elektrik enerjisi infrastrukturuna yönəlik 2035-ci ilə qədər 30 milyard dollarlıq sərmayə planladığını, ölkəni şimaldan cənuba və şərqdən qərbə elektrik magistralları ilə birləşdirmək niyyətində olduqlarını qeyd edib.

Məqalədə: #Türkiyə #Avropa #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Yaşıl Enerji #Türkiyə Enerji Bazarı #enerji idxalı

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.