9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Türkiyə ordusu hərəkətə keçir: Suriyada hərbi əməliyyat başlayır

Suriyada baş verən proseslər ciddi narahatlıq doğurur. Suriyada yeni hökumət qurulsa da, bəzən kəskinləşən mübarizə hələ də davam edir. Türkiyənin bu məsələyə reaksiyası isə diqqət mərkəzindədir. Suriyada vəziyyətin düzəlməsinə yardım etmək üçün Türkiyə ordusunun genişmiqyaslı hərbi əməliyyat aparacağı artıq real və gözlənilən bir haldır.

29 Avqust 2025 17:27
Baku
Türkiyə ordusu hərəkətə keçir: Suriyada hərbi əməliyyat başlayır

BAKI, AzerVoice

Suriyada baş verən proseslər ciddi narahatlıq doğurur. Suriyada yeni hökumət qurulsa da, bəzən kəskinləşən mübarizə hələ də davam edir. Türkiyənin bu məsələyə reaksiyası isə diqqət mərkəzindədir. Suriyada vəziyyətin düzəlməsinə yardım etmək üçün Türkiyə ordusunun genişmiqyaslı hərbi əməliyyat aparacağı artıq real və gözlənilən bir haldır.

AzerVoice xəbər verir ki, əsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyənin əməliyyatlara başlamasının qaçılmaz olduğunu bildirib: “Suriyanın şimalında Türkiyə ordusunun genişmiqyaslı hərbi əməliyyat aparacağı artıq real və gözlənilən bir haldır. Bu əməliyyatın hədəfi isə heç şübhəsiz ki, ABŞ-ın, İsrailin və Qərbin illərdir ‘İŞİD-ə qarşı mübarizə’ adı altında dəstəklədiyi, hazırda ‘Suriya Demokratik Qüvvələri’ (SDQ) adlanan, lakin mahiyyət etibarilə PKK terror təşkilatının Suriyadakı qolu olan silahlı birləşmələr olacaq. Bu qarşıdurma qaçılmaz görünür.

Əsas səbəblərdən biri odur ki, Suriyanın şimalında, eləcə də Türkiyənin cənubunda fəaliyyət göstərən hər hansı qeyri-qanuni silahlı qruplaşma nə Türkiyənin, nə Suriyanın, nə də regiondakı digər dövlətlərin maraqlarına xidmət edir. Digər mühüm məqam isə Suriyanın dövlət kimi unitar quruluşunu qoruyub saxlaya bilmədiyi təqdirdə bu təhlükənin Türkiyəyə də keçə biləcəyidir. Ankara uzun illərdir bu riski izləyir və xəbərdarlıq edir.”

Siyasi şərhçi həmçinin Suriyada hazırda maraqlı və olduqca ciddi narahatlıq doğuran bir vəziyyətin yarandığını vurğulayıb: “Bununla yanaşı, bölgədə maraqlı bir vəziyyət yaranıb: ABŞ tərəfindən dəstəklənən SDQ-nin varlığı və Türkiyənin əməliyyata qoşulması əslində İranın maraqlarına uyğun gəlir. Suriyada vəziyyətin gərginləşməsi ilk növbədə İsrailin və İranın geosiyasi maraqlarına xidmət edir. İran hazırkı qarşıdurmadan, SDQ-nin mövcudluğundan, silahlanmasından və bölgədəki xaosdan istifadə edərək öz nüfuzunu artırmaq niyyətindədir. Lakin bunun reallaşması ehtimalı azdır.

Nəticə etibarilə, bölgədə genişmiqyaslı müharibə qaçılmazdır və Türkiyə bu münaqişədə fəal iştirak edəcək. Risklər son dərəcə yüksəkdir. Hətta bir-birinə düşmən mövqedə olan qüvvələrin belə bu məsələdə eyni mövqedən çıxış etməsi vəziyyətin nə qədər mürəkkəb və narahatedici olduğunu göstərir.”

Məqalədə: #Türkiyə #İran #ABŞ #Rufiz Hafizoğlu #Suriya #Türk dünyası #Türkiyə ordusu #Türkiyənin Suriya siyasəti #Suriya münaqişəsi və Türkiyənin rolu #Hərbi əməliyyatlar #Terror təşkilatı #Silahlı qruplaşmalar

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.