7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

BMT Təhlükəsizlik Şurası diplomatiya yolunu seçməlidir - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını diplomatiyaya üstünlük verməyə və qarşıdurmadan çəkinməyə çağırıb. Nazir bildirib ki, 2015-ci il nüvə anlaşmasında iştirak edən üç Avropa tərəfinə “lazımsız və qarşısı alına biləcək böhranın” yaranmaması üçün məntiqli və həyata keçirilə bilən plan təqdim edib.

19 Sentyabr 2025 10:06
BMT Təhlükəsizlik Şurası diplomatiya yolunu seçməlidir - Əraqçi

BAKI,AzerVoice, Fərid Mikayılov

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını diplomatiyaya üstünlük verməyə və qarşıdurmadan çəkinməyə çağırıb.

AzerVoice xəbər verir ki, nazir bildirib ki, 2015-ci il nüvə anlaşmasında iştirak edən üç Avropa tərəfinə “lazımsız və qarşısı alına biləcək böhranın” yaranmaması üçün məntiqli və həyata keçirilə bilən plan təqdim edib.

Lakin onun sözlərinə görə, Avropa üçlüyü planın əsas məqamları ilə məşğul olmaq əvəzinə bəhanələr irəli sürür.

“Prezident Makronun təklifimin məntiqli olduğunu qəbul etməsindən məmnunam. Lakin o və beynəlxalq ictimaiyyət bilməlidir ki, mənim arxamda İran İslam Respublikasının bütün qurumlarının, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının tam dəstəyi var” – Əraqçi qeyd edib.

O, Avropa üçlüyünün diplomatik təşəbbüslərinin səmərəsiz göründüyünü vurğulayıb və BMT Təhlükəsizlik Şurasının diplomatiyanı ön plana çıxarmasının vacibliyini diqqətə çatdırıb. Nazir həmçinin İranın öhdəliklərini yerinə yetirdiyini, BMT-nin nüvə agentliyi ilə yeni əməkdaşlıq sazişi imzaladığını və qarşılıqlı fayda verən, balanslı təklif irəli sürdüyünü bildirib.

Əraqçi İranın təqdim etdiyi planı “yaradıcı, ədalətli və balanslı” adlandıraraq, onun icrasının əsas fikir ayrılıqlarını tez bir zamanda aradan qaldıra biləcəyini və böhranı önləyəcəyini söyləyib.

Məqalədə: #BMT #BMT TŞ #Emmanuel Makron #İran XİN #BMT Təhlükəsizlik Şurası #Abbas Əraqçi #BMT Təhlükəsizlik Şurası və İran #Avropa üçlüyü və İran #İran xarici siyasəti

Mövzu üzrə digər xəbərlər

ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
İran

ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir

14:32
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.