11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Heydər Əliyev epoxası Azərbaycanın müstəqillik tarixinin yenilməzlik səhifəsidir - Sevil Mikayılova

Milli Məclisin deputatı Sevil Mikayılova bildirib

12 Dekabr 2025 15:18
Heydər Əliyev epoxası Azərbaycanın müstəqillik tarixinin yenilməzlik səhifəsidir - Sevil Mikayılova

BAKI,AzerVoice

Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixində dövlətçilik ideologiyasının, milli özünüdərk prosesinin və modern dövlət quruculuğunun bünövrəsini təşkil edən inkişaf dövrüdür.

Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, bu epoxanın əsas mahiyyəti ondan ibarətdir ki, burada təkcə bir liderin fəaliyyəti deyil, Azərbaycanın müstəqillik yolunda həyata keçirdiyi strateji dəyişikliklərin tam sistemli modeli öz əksini tapır.

"Heydər Əliyevin rəhbərliyi ilə formalaşmış siyasi kurs ölkənin həm daxili, həm də xarici siyasətinin bütün istiqamətlərində transformasiya yaratmış, milli dövlətçiliyin ən vacib sütunları -- sabitlik, təhlükəsizlik, iqtisadi modernizasiya, milli-mənəvi dirçəliş və beynəlxalq etibar ustalıqla təmin olunmuşdur. Bu baxımdan Heydər Əliyev dövrü sözün əsl mənasında Azərbaycanın milli intibah mərhələsi kimi dəyərləndirilir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu təkcə müəyyən bir siyasi dövrdə rəhbər vəzifə daşıması ilə məhdudlaşmır. O, müasir Azərbaycan dövlətçiliyinin memarı, milli inkişafın strateji ideoloqu, siyasi sabitliyin təminatçısı və xalqın taleyində dönüş yaradan tarixi şəxsiyyət kimi dəyərləndirilir. Heydər Əliyev epoxası ölkənin keçid mərhələsində yaşadığı çoxşaxəli böhranların aradan qaldırılması, dövlət institutlarının qurulması və milli şüurun formalaşdırılması baxımından əvəzsiz rol oynayıb".

Deputat qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, lakin siyasi parçalanma, vətəndaş qarşıdurması, iqtisadi çöküş və separatçı təcavüzlə üz-üzə qalmışdı.

"Bu dövrdə mərkəzi hakimiyyət zəif, dövlət idarəçiliyi iflic vəziyyətində idi. Ulu Öndərin siyasi səhnəyə qayıdışı ölkədə dövlətçilik ənənələrinin yenidən bərpasına imkan yaratdı.Heydər Əliyev qanunçuluğun təmin edilməsini, güclü və səmərəli idarəetmə modelinin qurulmasını, dövlət strukturlarının modernləşdirilməsini təmin etdi. Ulu Öndərin əsas tarixi xidmətlərindən biri Azərbaycanı vətəndaş savaşı təhlükəsindən xilas etməsi və cəmiyyətdə siyasi sabitliyi bərqərar etməsidir. O, müxtəlif siyasi qüvvələr arasında balans yaradaraq konstitusion quruluşun möhkəmlənməsinə nail oldu. Sabitlik Heydər Əliyevin siyasətində sırf təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi və sosial inkişafın əsas şərti kimi qəbul edilirdi. Məhz bu sabitlik sonrakı illərdə bütün sahələrdə genişmiqyaslı inkişafın əsasını qoydu. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası və modernləşməsini təmin etdi. Bu proses çərçivəsində “Əsrin müqaviləsi” imzalandı, xarici sərmayələr ölkəyə cəlb edildi, yeni infrastruktur layihələrinə start verildi, bazar iqtisadiyyatının hüquqi çərçivələri yaradıldı. Nəticədə Azərbaycan enerji resurslarından səmərəli istifadə edərək regionun iqtisadi liderlərindən birinə çevrildi".

S.Mikayılova əlavə edib ki, Ulu Öndər mədəniyyətə, dilə, tarixə, milli ənənələrə xüsusi önəm verərək Azərbaycançılıq ideologiyasını dövlət siyasətinin mərkəzinə çıxardı.

"Bu ideologiya vətəndaş birliyini, multikultural harmoniyanı, milli kimliyin qorunmasını, dünyəvi dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdətini özündə birləşdirirdi. Azərbaycançılıq konsepsiyası bu gün də dövlət siyasətinin ideoloji bazasını təşkil edir və cəmiyyətin həmrəyliyini möhkəmləndirir. Bu gün Azərbaycanın dünyada artan nüfuzunun təməli məhz Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət xətti ilə bağlıdır. Ulu Öndər müasir və intizamlı ordu quruculuğunu milli dövlətçiliyin əsas şərti hesab edirdi. Onun rəhbərliyi altında peşəkar ordunun formalaşdırılmasına başlandı, hərbi strategiya və təhlükəsizlik konsepsiyaları hazırlandı, müdafiə potensialı sistemli şəkildə gücləndirildi. Bu əsaslar sonradan Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı. Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqların azad olunması milli dövlətçilik tariximizin ən strateji hədəflərindən biri olmuşdur. Bu hədəfin həyata keçməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət kəsb edir. O, həm 1990-cı illərin ağır və çətin dövründə müharibəni məğlubiyyət mərhələsindən xilas etmiş, həm də gələcək qələbəyə aparan siyasi, diplomatik, hərbi və ideoloji əsasları yaratmışdır. Bu baxımdan Heydər Əliyevin fəaliyyəti işğalın dayandırılması və sonrakı azadlıq prosesinin təməl mərhələsi kimi qiymətləndirilməlidir".

Deputat qeyd edib ki, Ulu Öndər torpaqların azad edilməsinin yalnız siyasi danışıqlar və diplomatiya ilə deyil, güclü ordu ilə mümkün olacağını dəqiq bilirdi.

"Sonralar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılan Qələbə məhz Heydər Əliyevin zamanında uzaqgörənliklə inkişaf etdirdiyi ordu quruculuğunun təntənəsi idi. Bütün bu addımlar Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Zəfərin əsasını təşkil etdi. Buna görə də Qarabağın azadlığı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, Prezident İlham Əliyevin qətiyyətinin və Azərbaycan xalqının birliyinin tarixi nəticəsi kimi dəyərləndirilir".

Məqalədə: #Sevil Mikayılova #Heydər Əliyev #milli təhlükəsizlik #Ümummilli Lider Heydər Əliyevin Anım günü #Heydər Əliyev epoxası #dövlətçilik ideologiyası

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
17:54
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
17:50
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.