Bakı. AzerVoice:
Avropa Komissiyasının növbəti tərkibində ilk dəfə olaraq müdafiə üzrə Avropa komissarı vəzifəsi yaradılacaq.
AzerVoice xəbər verir ki, bunu Avropa Komissiyasının başçısı Ursula Fon der Lyayen deyib.
“Əgər mən Avropa Komissiyasının növbəti tərkibinə başçılıq etsəm, əlbəttə ki, müdafiə üzrə Avropa komissarı postunu yaradacağam. Onun hansı ölkədən, kişi və yaxud qadın olacağını hələ bilmirəm, lakin bu vəzifə bizə lazımdır”, - deyə Fon der Lyayen bildirib.
Avropa Komissiyasının növbəti tərkibi 2024-cü ilin noyabrında öz işinə başlayacaq.