Bakı,
AzerVoice
Böyük Britaniyada Milli Səhiyyə Sistemi (NHS) artan qrip halları və
işçi çatışmazlığı səbəbindən böyük təzyiq altındadır.
AzerVoice xəbər verir ki ,
İngiltərənin Səhiyyə Naziri Ues Stritinq vəziyyəti qəbuledilməz
adlandıraraq, mövcud böhranın səhiyyə sistemində illərlə davam edən
problemlərin nəticəsi olduğunu qeyd edib.
Son həftələrdə artan qrip hallarının xəstəxanalarda kritik
yüklənməyə səbəb olduğu bildirilir. Belə ki, təkcə bir həftə
ərzində NHS-in 53,000 işçisi xəstəlik məzuniyyəti alıb.NHS işçiləri
üçün peyvənd nisbətlərinin də aşağı olması problemi daha da
dərinləşdirib.
Stritinq səhiyyə sistemindəki hazırkı vəziyyəti uzun müddət davam edən uğursuz səhiyyə siyasətinin nəticəsi kimi qiymətləndirib.
Xəstələr çox vaxt təcili yardım maşınlarında və ya xəstəxana
koridorlarında saatlarla gözləmək məcburiyyətində qalır. Bəzi
xəstəxanalar kritik vəziyyət elan edib, planlaşdırılmış
əməliyyatları və görüşləri təxirə salmaq məcburiyyətində qalıb.
Koridorlarda müalicə olunan xəstələr isə öz növbələrində
narazılıqlarını bildirirlər.
Hökumət NHS-in uzunmüddətli ziyanını aradan qaldırmaq və sistemdə
islahatlar həyata keçirmək üçün hazırda bir sıra planlar üzərində
işləyir.
Nazir Stritinq yaxın zamanda vəziyyətin düzəlməsinin çətin olduğunu
və gələn qışda da oxşar problemlərin baş verə biləcəyini
bildirib.