8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ərəb sammitində Trampın Qəzza planı rədd edilib

15 Fevral 2025 10:14
Ərəb sammitində Trampın Qəzza planı rədd edilib

Bakı, AzerVoice

Ərəb Xalqları Sammitində ABŞ-ın keçmiş prezidenti Donald Trampın fələstinliləri Qəzzadan köçürmə planı "Fələstin satılmır" şüarı ilə qəti şəkildə rədd edilib.

AzerVoice xəbər verir ki, onlayn keçirilən tədbirdə Trampın planının Fələstin xalqının mövcudluğunu aradan qaldırmaq məqsədi daşıdığı bildirilib.

Qətnamədə bu planın yalnız Qəzzanı deyil, İordan çayının qərb sahilini də hədəfə aldığı vurğulanıb.

Sammit iştirakçıları Trampın bəyanatlarını "yeni Balfour Bəyannaməsi" adlandıraraq, onun beynəlxalq hüquqa və BMT qətnamələrinə zidd olduğunu, bölgədə sülh və sabitliyə təhlükə yaratdığını bildiriblər.

Tunisin keçmiş prezidenti Monsef Mərzuki və digər ərəb siyasətçiləri Trampın planına qarşı çıxaraq, Fələstin xalqına dəstəyin zəruriliyini vurğulayıblar. Bəhreynli Cavad Fairuz "yeni Nekba" ilə üzləşdiyimizi, Mərakeşin keçmiş baş naziri Saadeddin al-Osmani isə planın açıq şəkildə "etnik təmizləmə" olduğunu bildirib.

Qeyd edək ki, Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə çıxışında Qəzzanın nəzarətə alınacağını və fələstinlilərin Misir və İordaniyada yeni yaşayış yerlərinə köçməsinin "ən yaxşı həll yolu" olduğunu iddia edib. O, Qəzzanın tamamilə məhv edildiyini və fələstinlilərin bölgəni tərk etməkdən başqa çarələrinin olmadığını bildirib.

Məqalədə: #Qəzza zolağı #ABŞ #Donald Tramp #Ərəb Liqası #İordaniya #Fələstinə dəstək yürüyüşü #Fələstinlilərin məcburi köçü #Trampın Qəzza planı

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

7 Sentyabr 18:52

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.