8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qızıl kartı 5 milyon dollara satacağıq - Tramp

26 Fevral 2025 12:30
Qızıl kartı 5 milyon dollara satacağıq - Tramp

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp ölkənin yeni immiqrasiya proqramını elan edərək, "Qızıl Kart" adlanan xüsusi yaşayış icazəsinin 5 milyon dollara satışa çıxarılacağını bildirib.

AzerVoice xəbər verir ki ,Tramp Oval Ofisdə jurnalistlərə açıqlamasında bu qərarı izah edib.

"Biz qızıl kart satacağıq. Yaşıl kart var, amma bu qızıl kartdır. Onun dəyəri təxminən 5 milyon dollar olacaq. Bu kart vasitəsilə ABŞ-a zəngin və uğurlu insanlar gələcək. Onlar çox pul xərcləyəcək, yüksək məbləğdə vergi ödəyəcək və yeni iş yerləri yaradacaqlar." - deyə o bildirib.

Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ tərəfindən sanksiyalara məruz qalan rus oliqarxlarının da bu karta müraciət edə biləcəyi ehtimal edilir. Tramp bu məsələyə toxunaraq, "Mən çox yaxşı insanlar olan bəzi rus oliqarxlarını tanıyıram. Onlar bu icazəni almaq üçün uyğun ola bilərlər", – deyə bildirib.

Əslində, sərmayə qarşılığında yaşayış icazəsi almaq ABŞ üçün yeni bir təcrübə deyil. Hazırda ölkədə EB-5 adlı oxşar proqram mövcuddur. Lakin ABŞ-ın Ticarət Naziri Hovard Lutnik bu proqramın geniş fırıldaqçılıq hallarına yol açdığını və "ucuz yaşıl kart almağın bir üsulu" olduğunu vurğulayıb. O, EB-5-in ləğv ediləcəyini və onun əvəzinə Trump Qızıl Kartının tətbiq olunacağını açıqlayıb.

Trampın sözlərinə görə, yeni proqram təkcə fərdlər üçün deyil, həm də böyük şirkətlər üçün nəzərdə tutulub. O bildirib ki, Apple və digər böyük şirkətlər işçilərini ABŞ-a gətirmək üçün Qızıl Kart ala biləcəklər.

Respublikaçı milyarder vurğulayıb ki, bu kart sahibləri ABŞ vətəndaşı olmayacaq, lakin ölkədə yaşayaraq vergi ödəyəcəklər. Tramp hesab edir ki, ABŞ hökuməti bir milyon və ya daha çox Qızıl Kart sata bilər ki, bu da ölkə iqtisadiyyatı üçün böyük gəlir gətirəcək.

Məqalədə: #ABŞ #Donald Tramp #Donald Tramp immiqrasiya proqramı #Qızıl Kart proqramı #ABŞ sərmayə qarşılığında viza #ABŞ immiqrasiya siyasəti #EB-5 proqramının ləğvi #Trampın iqtisadi təşəbbüsləri #ABŞ-a zəngin immiqrant axını

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.