7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Filippində məktəblər istiyə görə bağlanıb

3 Mart 2025 15:03
Filippində məktəblər istiyə görə bağlanıb

BAKI,AzerVoice

Filippini təsiri altına alan həddindən artıq isti hava şəraiti, bəzi şəhərlərdə məktəblərin müvəqqəti bağlanmasına səbəb olub.

AzerVoice xəbər verir ki, hava temperaturunun artması səbəbindən paytaxt Manila başda olmaqla məktəblərdə tədbirlər gücləndirilib.

Manila meri Honi Lakuna, sosial media hesabında paylaşım edərək, Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının həddindən artıq isti havalara dair tövsiyəsi əsasında paytaxtdakı məktəblərdə tədrisə ara verildiyini açıqlayıb.

Lakuna bildirib ki, səhər saatlarında 36-38 dərəcə arasında dəyişən hava temperaturunun günorta saatlarında 42 dərəcəyə çatacağı gözlənilir.

Manilanın yanaşı Las Pinas, Paranaque və Marikina şəhərlərində də məktəblərin müvəqqəti bağlandığı qeyd edilib.

Filippin Səhiyyə Nazirliyi, isti havaların yaratdığı sağlamlıq problemləri ilə bağlı xəbərdarlıq edib.

Açıqlamada bildirilib ki, istilik nəticəsində baş ağrısı, qusma və baş gicəllənməsi kimi hallar yaşana bilər. Vaxtında müdaxilə olunmadıqda isə huşunu itirmə, qıcolmalar və hətta günvurma nəticəsində ölüm riski yarana bilər.

Sakinlərə yaxşı havalandırılan, kölgəli və sərin yerlərdə qalmaq, baş, üz, boyun, qoltuqaltı, ayaq biləkləri və qasıq nahiyələrinə soyuq kompres tətbiq etmək tövsiyə edilib. Bundan əlavə, bol su içmək və günorta saatlarında açıq havada keçirdikləri vaxtı minimuma endirmək məsləhət görülüb.

Məqalədə: #Filippin #isti hava #qlobal istiləşmə #şiddətli istilər

Mövzu üzrə digər xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

4 Sentyabr 18:45
Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi
Tarixdə bu gün

Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

23 Avqust 04:00
Avropa daha isti gələcəyə hazırdırmı?
Digər Dövlətlər

Avropa daha isti gələcəyə hazırdırmı?

14 Avqust 06:00
Qərbi Avropa tarixinin ən isti yayını yaşayır - Temperatur rekordları yeniləndi
Digər Dövlətlər

Qərbi Avropa tarixinin ən isti yayını yaşayır - Temperatur rekordları yeniləndi

10 Avqust 10:46

Son Xəbərlər

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.