13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistan Banqladeş ilə sərhədində Bayraktar TB-2 SİHA-nın olmasından narahatdır

5 Mart 2025 22:59
Hindistan Banqladeş ilə sərhədində Bayraktar TB-2 SİHA-nın olmasından narahatdır

Bakı, AzerVoice

Hindistan, Banqladeşin Türkiyə istehsalı olan Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatlarını (SİHA) sərhəd bölgəsinə yerləşdirməsindən narahatdır.

AzerVoice xəbər verir ki, Hindistan təhlükəsizlik qüvvələri SİHA-ların fəaliyyətinə qarşı tədbirlər görməyə başlayıb.

Hindistan Ordusunun mənbələri Banqladeşin Bayraktar TB2-lərinin öz hava sahəsində, lakin Hindistan sərhədi boyunca uçuşlar həyata keçirdiyini açıqlayıb.

Təkmilləşdirilmiş görüntü kəşfiyyat (IMINT) imkanlarına malik Bayraktar TB2 SİHA-ları Banqladeş Ordusu tərəfindən aktiv şəkildə istifadə olunur. Son aylarda Hindistan sərhəd bölgəsində Banqladeşin pilotsuz uçuş aparatlarının kəşfiyyat missiyaları həyata keçirdiyi bildirilir.

Hindistan Ordusunun mənbələri Banqladeşin Bayraktar TB2-lərinin öz hava sahəsində, lakin Hindistan sərhədi boyunca uçuşlar həyata keçirdiyini açıqlayıb. Bəzi missiyaların 20 saatdan çox davam etdiyi və bunun Banqladeşin sərhəd xəttində intensiv müşahidə olunduğu vurğulanıb.

Digər tərəfdən, Hindistan yeni radarlar və müşahidə sistemləri quraşdıraraq bölgədəki pilotsuz uçuş aparatlarının hərəkətlərini real vaxt rejimində izləməyə başlayıb.

Məlumat üçün bildirək ki, 2014-cü ildən etibarən aktiv istifadədə olan Bayraktar TB2 SİHA-ları 1 milyondan çox saat uçuş həyata keçirərək ən uzun müddət aktiv qalan Türkiyənin milli uçuş aparatı olub.

Baykar şirkəti, ABŞ, İsrail və Çini geridə qoyaraq, qlobal SİHA bazarında Türkiyənin payını 65%-ə çatdırıb.

Bayraktar TB2, indiyədək 150 milyon kilometrdən çox məsafə qət edib ki, bu da Yer kürəsini 3744 dəfə dövr etməyə bərabərdir.

Bu uçuş aparatı dünyada ən çox ixrac edilən və ən çox satılan SİHA olaraq rekord qırıb.

Məqalədə: #Türkiyə #İsrail #ABŞ #Baykar #Çin #Hindistan #Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatı #Banqladeş

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.