6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-Kanada tarif gərginliyi dərinləşir

12 Mart 2025 10:43
ABŞ-Kanada tarif gərginliyi dərinləşir

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp Kanadanın 51-ci ştata çevrilməsinin məntiqli olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Tramp Kanadanın Ontario əyalətinin ABŞ-a satılan elektrik enerjisinə 25 faizlik tarif tətbiq edəcəyi ilə bağlı açıqlamasına sərt reaksiya verib.

O, Kanadadan idxal edilən polad və alüminium məhsullarına əlavə 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini, ümumi tarif dərəcəsinin 50 faizə çatdırılacağını bəyan edib.

Bundan əlavə, Tramp Kanadanın ABŞ-ın süd məhsullarına 250%-dən 390%-ə qədər tətbiq etdiyi tarifləri dərhal ləğv etməli olduğunu bildirib. O, əks halda, aprelin 2-dən etibarən Kanadadan gətirilən avtomobillərə əlavə rüsumlar tətbiq edəcəyini və ölkədə avtomobil istehsalının dayandırılacağını vurğulayıb.

Kanadanın ABŞ-a qoşulacağı halda gömrük rüsumlarından azad olacağını, hərbi baxımdan daha təhlükəsiz olacağını və sərhəd probleminin ortadan qalxacağını qeyd edən Tramp, "Dünyanın ən böyük və ən güclü dövləti daha da güclənəcək, Kanada isə bu uğurun bir parçası olacaq" - deyə bildirib.

Qeyd edək ki, ABŞ və Kanada arasında tarif gərginliyi son aylarda artıb. Martın 4-dən etibarən ABŞ Kanada və Meksikadan idxal edilən məhsullara 25 faizlik əlavə rüsum tətbiq etməyə başlayıb. Kanadanın Ontario əyaləti buna cavab olaraq ABŞ-a satılan elektrik enerjisinə əlavə tariflər tətbiq edəcəyini açıqlayıb.

Məqalədə: #ABŞ #Kanada #Donald Tramp #Kanada və ABŞ gərginliyi #Trampın tarifləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.