12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa İttifaqı İsrailə xəbərdarlıq edib

24 Mart 2025 18:41
Avropa İttifaqı İsrailə xəbərdarlıq edib

Bakı, AzerVoice

İsrailin Suriyaya və Livana endirdiyi zərbələr bölgədə daha çox gərginlik yaradacaq.

AzerVoice xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə nümayəndəsi Kaya Kallas, İsrailin xarici işlər naziri Gideon Saar ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Kallas bildirib ki, hal-hazırda Suriya İsraili hədəf almır və İsrailin bu hücumları region ölkələrində İsrailə qarşı ekstremizmin artmasına səbəb olur.

Qeyd edək ki, Kallas, bugün Fələstin baş naziri Məhəmməd Mustafa ilə görüşəcək.

Xatırladaq ki, Livan Səhiyyə Nazirliyi, keçən həftə sonu İsrailin hücumları nəticəsində yeddi nəfərin öldüyünü bildirmişdi, İsrail isə bu hücumu özünə tərəf atılan raketlərə cavab olaraq həyata keçirdiyini bildirimişdi.

Livanla İsrail arasında atəşkəsin noyabrın 27-də qüvvəyə minməsinə baxmayaraq, İsrail hələ də Hizbullahın hərbi infrastrukturunu hədəf alaraq Livana hücumlar təşkil edir.
Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Suriyada isə, müxalifət qüvvələri, keçmiş prezident Bəşşar Əsədin hakimiyyətini devirəndən sonra, İsrail yüzlərlə hava zərbəsi endirib. İsrail, silahların yeni hökumətə çatmasının qarşısını almaq istədiyini bildirib.

İsrail ordusu, BMT-nin nəzarətində olan və İsrailin 1967-ci ildən bəri işğal etdiyi Colan təpələrində qüvvələrini yerləşdirib.

İsrailin baş naziri Benyamin Netanyahu, Suriyanın cənubundakı qüvvələrin tərksilah olmasını tələb edib və bildirib ki, İsrail yeni Suriya hökumətinin Dəməşqdəki mövcudluğuna dözə bilməz.

Suriya Xarici İşlər Nazirliyi isə İsraili ölkənin sabitliyini pozmaqda ittiham edib.

Məqalədə: #İsrail #Fələstin #Avropa İttifaqı (Aİ) #Livan #Suriya #Məhəmməd Mustafa #Colan Təpələri #Livan-İsrail gərginliyi #İsrail hücumları #Suriya və İsrail gərginliyi #İsrailin Suriyaya müdaxiləsi #Kaya Kallas

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

18:28
NATO və Avropa İran məsələsində bizi məyus edib - Tramp
Digər Dövlətlər

NATO və Avropa İran məsələsində bizi məyus edib - Tramp

18:05
Çin ABŞ və İran arasında vasitəçilik təklif edib
Digər Dövlətlər

Çin ABŞ və İran arasında vasitəçilik təklif edib

18:01
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

16:25

Son Xəbərlər

Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
19:21
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.