13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ və Çin arasında tarif gərginliyi TikTok sazişini dayandırıb

5 Aprel 2025 11:30
ABŞ və Çin arasında tarif gərginliyi TikTok sazişini dayandırıb

BAKI, AzerVoice

Trampın yeni tarif qərarı TikTok-un ABŞ-dakı əməliyyatlarının satılması ilə bağlı razılaşmanı dayandırıb.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Çinə qarşı əlavə tariflər elan etməsindən və Pekinin bu sazişi təsdiqləmək niyyətində olmadığını göstərməsindən sonra, TikTok-un ABŞ-dakı aktivlərinin bölünməsinə dair razılaşma dayandırılıb. Məlumatı Reuters agentliyi iki etibarlı mənbəyə istinadla yayıb.

Mənbələrdən biri bildirib ki, razılaşma çərşənbə günü əsasən tamamlanmışdı və bu plan TikTok-un ABŞ əməliyyatlarını ABŞ investorlarına məxsus və idarə olunan yeni şirkətə çevirməyi nəzərdə tuturdu.

Qeyd edək ki, Tramp administrasiyası yanvarın 19-da qüvvəyə minən qanunla TikTok-un Çinli ana şirkəti ByteDance ilə əlaqələrini kəsməsini tələb etmişdi. Yanvarın 20-də vəzifəyə başlayan Tramp bu qanunu dondurmuş və ByteDance-ə əməliyyatları satmaq üçün 75 gün vaxt vermişdi. Bu müddət aprelin 5-də başa çatır.

Tramp Floridaya uçarkən jurnalistlərə bildirib ki, "bir çox investor"la razılığa çox yaxınlaşılıb və Çinə "bir qədər tarif güzəşti və ya başqa bir stimul" verilə bilər. Lakin Çinin danışıqlardan geri çəkilməsi sazişin taleyini sual altına qoyub.

Məqalədə: #ABŞ #Donald Tramp #TikTok #ByteDance

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.