7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsraillilər hökumətdən atəşkəs sazişini imzalamağı tələb edirlər

10 May 2024 07:34
İsraillilər hökumətdən atəşkəs sazişini imzalamağı tələb edirlər

Bakı. AzerVoice:

İsraillilər hökumətdən atəşkəs sazişini imzalamağı tələb edirlər.

AzerVoice xəbər verir ki, Qərbi Qüds və paytaxt Tel-Əvivdə küçələrə çıxan israillilər hökumətdən HƏMAS-ın qəbul etdiyi atəşkəs razılaşmasını imzalamasını istəyib.

İsraillilərlə Fələstinlilərin bir araya gəldiyi “Biz Birlikdəyik” qeyri-hökumət təşkilatının çağırışı ilə təxminən 1 500 nəfərlik qrup Tel-Əvivin mərkəzindəki Həbimə meydanında toplaşıb.

Nümayişçilər "Rəfahdakılar da, İsraildəkilər də uşaqdır", "Uşaqları öldürmək kifayətdir", "Müqavilə indi", "Əsirləri evə gətirin", "Hazırda", "Təhlükəsizlik ancaq sülhlə gəlir" şüarları səsləndirib.

Fələstin əsilli İsrailli deputat Əhməd Tiybi səhnədəki çıxışında baş nazir Binyamin Netanyahunu kreslosunu itirmək qorxusu ilə atəşkəsi qəbul etməməkdə ittiham edib.

Xatırladaq ki, 18-25 fevral tarixində də İsraildə minlərlə insan baş nazir Benyamin Netanyahu hökumətinin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirib.

Nümayişçilər səsgücləndiricilərdən Netanyahu hökumətinin əleyhinə şüarlar səsləndirib. İsrail polisi nümayişçilərin ərazini tərk etməsinə mane olmaq üçün yük maşınları ilə yolu bağlayıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #HƏMAS

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.