Bakı,AzerVoice
İranda Tehran-Xürrəmabad reysi üçün havaya qalxan İran Hava Yollarına məxsus sərnişin təyyarəsinin texniki nasazlıq səbəbindən məcburi eniş edib.
AzerVoice xəbər verir ki, bu barədə,İranın Xürrəmabad Hava Limanının İctimaiyyətlə Əlaqələr Müdirliyindən yazılı açıqlama verilib.
Təyyarənin texniki nasazlıq səbəbindən Tehranın Mihrabad hava limanına geri döndüyü, lakin sərnişinlərin vəziyyəti ilə bağlı məlumat verilmədiyi bildirilib.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində İran Prezidenti də daxil olmaqla 9 nəfər həlak olub