4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yaponiyada dövlət gənclərin evlənməsinə kömək edir

22 İyul 2024 12:10
Yaponiyada dövlət gənclərin evlənməsinə kömək edir

Bakı, AzerVoice

Demoqrafik böhranı ilə mübarizə aparan Yaponiyada dövlət gənclərin evlənməsinə kömək etmək üçün məsləhət xidmətləri göstərməyə başlayıb.

AzerVoice xəbər verir ki, Yaponiyanın Uşaq və Ailə Agentliyi gənclərə tanışlıq və həyat yoldaşı tapmaqda dəstək olmaq üçün ilk işçi qrupunun iclasını keçirib.

Görüşdə iştirak edənlər arasında uşaq və ailə siyasətinə cavabdeh olan dövlət naziri Ayuko Kato, ailə münasibətləri üzrə ekspertlər və gələcəkdə evlənmək istəyənlər yer alıb.

"Evliliyin və uşaq tərbiyəsinin əsas təməli fərdlərin fərqli dəyərlərinə və düşüncə tərzinə hörmət etmək olmalıdır",- deyə nazir bildirib.

Yaponiyada bir çox gənc böyük şəhərlərdə yaşamağın baha olması, yaxşı iş tapa bilməməsi və qadınların uşaq sahibi olduqdan sonra tam ştatlı işə qayıtmasını çətinləşdirən iş qaydalarına görə ailə qurmaq istəmir.

Qeyd edək ki, Yaponiyada ciddi demoqrafik böhran yaşanır. Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutunun məlumatlarına görə, 2023-cü ildə nikahların sayı 1930-cu illərdən bəri ilk dəfə 500 mindən aşağı düşüb. Daxili İşlər və Rabitə Nazirliyinin aprel ayında açıqladığı məlumatlara görə, son 13 ildə ölkə əhalisinin sayı azalıb. 2023-cü ilin oktyabr ayına olan məlumata görə, Yaponiyanın ümumi əhalisi 124 milyon 352 min nəfərə qədər azalıb.

Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaşlı əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.

Məqalədə: #Yaponiya

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

12:38
Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq
Hərbi İnnovasiyalar

Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq

2 Sentyabr 09:54
Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır
Yaxın Şərq

Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

1 Sentyabr 18:24
Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır
VOA analitika: Geosiyasi təhlillər

Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

29 Avqust 18:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.