5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ermənistandan olan qanunvericilər Venesuelanın yeni seçilmiş prezidentini hədələyir

3 Avqust 2024 14:20
Ermənistandan olan qanunvericilər Venesuelanın yeni seçilmiş prezidentini hədələyir

Bakı,AzerVoice

ABŞ və Avropa ölkələrindən olan bir qrup qanunverici iddia edir ki, Venesuela Prezidenti Nikolas Maduro hakimiyyəti təhvil verməyə razı olmadığı təqdirdə, bu ölkələrin hakimiyyət orqanları onun məsuliyyətə cəlb edilməsinə çalışacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, qanunvericilərin birgə bəyanatını ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi dərc edib.

"Bizim hökumətlərimiz Venesueladakı vəziyyəti diqqətlə izləyir və Maduro başqa bir seçkini oğurlamaq üçün Venesuela seçicilərinin demokratik şəkildə ifadə edilmiş iradəsinə məhəl qoymamağa davam edərsə, onu məsuliyyətə cəlb etmək üçün birlikdə çalışacağıq", - bəyanatda bildirilib.

Bəyanat Xarici Əlaqələr Komitələrinin Ermənistan, Belçika, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Ukrayna, Finlandiya, Çexiya və Estoniyadan olan qanunvericiləri tərəfindən hazırlanıb.

Bəyanatda Nikolas Maduronun prezident seçkisində uduzduğu iddia edilir. Qanunvericilər hesab edirlər ki, Venesuelada prezident səlahiyyətlərinin müxalifət liderlərindən biri olan Edmundo Qonsalesə təhvil verilməsi ilə bağlı "təcili olaraq danışıqlara ehtiyac var".

Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkisi keçirilib. Ölkənin Milli Seçki Şurasının protokolların təxminən 97%-ni işlədikdən sonra elan etdiyi kimi, seçicilərin 51.95%-i Maduroya, 43.18%-i Qonsalesə səs verib. Venesuela müxalifətinin liderlərindən biri Korina Maçado artıq seçki günü bəyan edib ki, Edmundo Qonsalesin komandası onun seçkidəki məğlubiyyətini tanımayacaq.

Ermənistandan olan qanunvericilər Venesuelanın yeni seçilmiş prezidentini hədələyir
Məqalədə: #Avropa #ABŞ #Venesuela #Nikolas Maduro

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.