Bakı,AzerVoice
İran xarici işlər nazirinin müavini Əli Baqeri Kəni ABŞ-ı Qəzzadakı atəşkəs danışıqlarında vasitəçi deyil, İsrailə döyüş silahı verən ortaq kimi baxdıqlarını ifadə edib.
AzerVoice xəbər verir ki, Baqeri X sosial media platformasında paylaşdığı mesajda Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə telefon danışığı barədə məlumat verib.
İki nazir Dohada dünən başlayan atəşkəs danışıqlarından sonra ikinci dəfə telefonla danışıblar
Baqeri İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün Dohada keçirilən danışıqların gedişi ilə bağlı Qətər naziri ilə fikir mübadiləsi aparıb.