4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Misir limanlari İsrail üçün əsas malların daşınmasında iştirak edir

24 Avqust 2024 13:47
Misir limanlari İsrail üçün əsas malların daşınmasında iştirak edir

Bakı, AzerVoice

İsrail üçün vacib malların daşınmasında Misir limanlarından istifadə olunduğu bildirilib.

AzerVoice xəbər verir ki, araşdırmaya görə, Misir limanları Qəzza müharibəsi zamanı İsrailə mal daşıyan yük və sement gəmiləri üçün mühüm stansiyalara çevrilib.

Misir limanları İsrail limanlarına, xüsusilə Aşdod limanına və Hayfa limanına yaxın olması səbəbindən İsrailin ixracı və idxalı üçün həyati əhəmiyyət kəsb edir. Limanların coğrafi yaxınlığı daşıma xərclərini azaldır ki, bu da dəniz yolu ilə göndərilən malların qiymətlərində özünü göstərir.

Cümə axşamı Arabi Post tərəfindən dərc edilən araşdırma, son üç ayda İsrail və Misir limanları arasında gedib-gələn 19 gəminin fəaliyyətini izləyib. Araşdırmaya görə, eyni dövrdə Misirdən başqa digər ərəb ölkələrindən heç bir gəmi İsrail limanlarına üz tutmayıb.

Gəmilər Misirin Port Səid, Ariş, Əbu Kir, İsgəndəriyyə, Diheyla və Dimyat limanlarından istifadə ediblər. Xəbərə görə, 19 gəmi arasında 7 konteyner yük gəmisi, 6 sement gəmisi, 5 ümumi yük gəmisi və taxıl, şəkər və kömür kimi qablaşdırılmamış malları daşıyan 1 yük gəmisi mövcud olub.

Misir, İsrail, Türkiyə, Yunanıstan, Sinqapur, Almaniya və Kipr şirkətlərinə məxsus gəmilər Panama, Liberiya, İsrail, Misir, Antiqua və Barbuda, Sinqapur və Saint Kitts və Nevis bayraqları altında üzüblər.

Araşdırma həmçinin müəyyən edib ki, xüsusiylə 6 gəmi əsasən Misir və İsrail limanları arasında işləyir və bunlar tikinti layihələri üçün sement daşınması üzrə ixtisaslaşıb. 6 sement daşıyan gəmi 2022 və 2023-cü illərdə Misir limanlarını tez-tez ziyarət etməyib. Lakin Qəzza müharibəsindən sonra gəmilərin səfərləri İsrail və Misir arasında cəmləşib. Məlumata görə, bu gəmilərin izlədiyi marşruta Misirin Ariş, Əbu Kir və İsgəndəriyyə limanları və İsrailin Hayfa və Aşdod limanları daxildir. Qeyd edək ki, Həm Arişdə, həm də İsgəndəriyyədə sement istehsal edən zavodlar var.

İsrailin rəsmi statistikasına görə, Qəzza müharibəsi zamanı Misir müharibədən əvvəlki dövrlə müqayisədə İsraillə ixrac və idxalını artırıb.

Misir limanlari İsrail üçün əsas malların daşınmasında iştirak edir Misir limanlari İsrail üçün əsas malların daşınmasında iştirak edir
Məqalədə: #İsrail #Misir #liman

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23

Son Xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.