8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailə silah embarqosu tətbiq etməyəcəyik-Kamala Harris

30 Avqust 2024 17:42
İsrailə silah embarqosu tətbiq etməyəcəyik-Kamala Harris

Bakı, AzerVoice

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İsrailə qarşı silah embarqosu tətbiq etmək niyyətində olmadığını deyib.

AzerVoice xəbər verir ki, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, Demokratlar Partiyasından prezidentliyə namizəd Harris və vitse-prezidentliyə namizəd Tim Uolz namizədlikləri aydınlaşdıqdan sonra CNN telekanalına ilk müsahibələrini veriblər.

Daxili siyasətdən iqtisadiyyata, sərhəd təhlükəsizliyindən ABŞ-ın İsrail siyasətinə qədər bir çox mövzuda sualları cavablandıran Harris, Demokratik Partiya Konqresindəki çıxışındakına oxşar mesajlar verib.

Müsahibənin xarici siyasət bölməsində Harris ABŞ-İsrail münasibətləri və Qəzzadakı humanitar böhranla bağlı ABŞ prezidenti Co Baydendən fərqli olaraq nə edəcəyi sualını cavablandırıb.

7 oktyabr hücumlarında baş verənləri xatırladan Harris, İsrailin özünü müdafiə hüququna hörmət etməyə davam edəcəyini və bu mövzuda mövqeyinin konkret olduğunu bildirib.

"Açıq deyim ki, İsrailin müdafiəsinə və özünü müdafiə qabiliyyətinə sadiqliyim sarsılmaz və mütləqdir. Bu, dəyişməyəcək." Harris bildirib ki, hazırda onların prioritetləri atəşkəs razılaşmasıdır.

Demokrat Partiyasının içindəki bir kəsimin intensiv şəkildə "İsrailə silah embarqosu" tələb etdiyini xatırladan aparıcı "Bu silah siyasətində heç bir dəyişiklik olmayacaqmı?" deyə sual verib. Harris buna cavab olaraq, "Xeyr. Biz razılaşmanı indi yekunlaşdırmalıyıq", -deyə qeyd edib.

Harris İsrailə dəstəyini təkrarlayaraq, çoxlu sayda fələstinli mülki vətəndaşın həyatını itirdiyini qeyd edərək, "Bu (atəşkəs) razılaşmasını həll etməliyik. Bu müharibə bitməlidir. Müqaviləni tamamlayıb əsirləri çıxarmalıyıq. Gəlin əsirləri xilas edək və atəşkəs təmin edilsin”,-deyə sözlərini tamamlayıb.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Kamala Harris

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.