11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Türkiyədən Livana 30 ton tibbi yardım

8 Oktyabr 2024 16:19
Türkiyədən Livana 30 ton tibbi yardım

Bakı, AzerVoice

İsrailin Livana endirdiyi hava zərbələrindən sonra Türkiyə 30 ton tibbi ləvazimat və dərman daşıyan humanitar yardım təyyarəsini 48 saat ərzində Beyruta çatdırıb.

AzerVoice Fokusplus -a istinadən xəbər verir ki,  Türkiyədən Livana humanitar yardım aparan təyyarə paytaxt Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanına çatıb.

Təyyarəni Livanın səhiyyə naziri Firas əl-Ebyad və Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy qarşılayıb.

Livanın səhiyyə naziri Ebyad Türkiyədən hərbi yük təyyarəsi ilə Beyruta gələn humanitar yardımın 30 ton tibbi ləvazimat və dərmandan ibarət olduğunu bildirib.

İsrailin Livana hücumları başladığı 23 Sentyabr bazar ertəsi günü Türkiyə hökumətinin Livan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığını vurğulayan Ebyad, Türkiyənin onlara çox sürətlə humanitar yardım çatdırdığını, Beyrut səfiri Ulusoyun da Livanın səhiyyə xidmətini qarşılamağa  hazır olduğunu bildirib. 

Səfir Ulusoy humanitar yardım əməliyyatının prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi və Livanın tələbləri əsasında həyata keçirildiyini bildirib.

İsrailin artan təcavüzü ilə çətin anlar yaşayan Livan xalqı üçün həmrəylik yardımını Səhiyyə Nazirliyinə təhvil verdiklərini vurğulayan Ulusoy, Türkiyənin cənubundakı Sidon şəhərində 2010-cu ildə tikdirdiyi Türk Xəstəxanasının hal-hazırda xidmət göstərdiyini bildirib.  Livan Səhiyyə Nazirliyinin yaxın günlərdə Səidə Türk Xəstəxanasının tutumunu artıracağı və tam həcmdə xidmət göstərəcəyi barədə məlumatı  da əlavə edib.

Bu yardımla çətin günlər keçirən Livan xalqı ilə həmrəylik nümayiş etdirdiklərini açıqlayan Ulusoy , Türkiyənin humanitar yardımları ilə Livanın yanında olmağa davam edəcəyini bildirib.

Qeyd edək ki, İsrail ordusu sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyi hücumlarda 50-si uşaq, 95-i qadın olmaqla 558 nəfərin öldüyünü, 1835 nəfərin isə yaralandığını açıqlayıb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimal bölgələrinə isə köç dalğası davam edir.

Türkiyədən Livana 30 ton tibbi yardım

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.