4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yaponiya Trampın rüsumlarla bağlı qərarını müsbət qarşılayıb

10 Aprel 2025 20:33
Yaponiya Trampın rüsumlarla bağlı qərarını müsbət qarşılayıb

BAKI, AzerVoice

Yaponiya hökuməti, ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını 90 gün müddətinə dayandırmaq qərarını müsbət qiymətləndirib.

AzerVoice xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat verib.

Məlumata əsasən, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın rüsum tətbiq etmək qərarının iki ölkə arasındakı iqtisadi münasibətlərə təsiri ilə bağlı narahatlıqlarını ABŞ tərəfinə çatdırıblar və bu qərarın yenidən nəzərdən keçirilməsini istəyiblər.

Hayaşi, Vaşinqton hökumətini polad, alüminium, avtomobillərə tətbiq olunan digər rüsumları da yenidən nəzərdən keçirməyə təşviq etməyə davam edəcəklərini bildirib.

Yaponiya Baş naziri İşiba Şigeru da verdiyi açıqlamada, ABŞ-ın yüksək gömrük rüsumlarının ölkəsinin ixracyönümlü iqtisadiyyatına təsirini azaltmaq üçün mümkün olan bütün addımların atılacağını bildirib.

Baş nazir İşiba, ABŞ ilə tarif məsələsinin müzakirə olunacağı nazirlər səviyyəsində danışıqlara hazırlaşdıqlarını bildirib.

Qeyd edək ki, Tramp 2 aprel tarixində ABŞ-ın digər ölkələrə qarşı rüsumlar tətbiq edəcəyini açıqlamışdı. Çinə qarşı rüsumları 125 faizə qədər artıran Tramp, digər ticarət tərəfdaşları üçün əlavə rüsumların 90 gün müddətinə dayandırıldığını bəyan etmişdi.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #Yaponiya #Vaşinqton #Trampın tarifləri #Gömrük rüsumu #Gömrük tariflərinin artırılması #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi #Ticarət tarifləri #İkitərəfli tariflər #Yaponiya hökuməti #rüsumlar #rüsum #Yaponiya Nazirlər Kabineti #iqtisadi münasibətlər #tarif #tariflər

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

12:38

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.