9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Apple tariflərə qarşı Hindistanda istehsala yönəlib

11 Aprel 2025 09:32
Apple tariflərə qarşı Hindistanda istehsala yönəlib

BAKI, AzerVoice

Apple vergidən yayınmaq üçün Hindistandan ABŞ-a təxminən 1,5 milyon iPhone gətirib

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın yeni gömrük tarifləri qərarlarından yayınmaq istəyən “Apple” şirkəti Hindistanda istehsal etdiyi təxminən 1,5 milyon “iPhone” cihazını altı nəhəng yük təyyarəsi ilə ABŞ-a göndərib.

Hindistanın Tamil Nadu əyalətində yerləşən Chennai hava limanında gömrük prosedurlarını sürətləndirmək üçün yerli hakimiyyətlə aparılan danışıqlardan sonra Apple təxminən 600 ton ağırlığında yükü – yəni iPhone-ları və aksesuarları ABŞ bazarına çatdırıb. Məqsəd vergilər tətbiq edilməzdən əvvəl bazarda ehtiyat yaratmaqdır.

Qeyd edək ki, məhsullarının əsas hissəsini Çində istehsal edən Apple, Tramp administrasiyasının yeni vergi artımları səbəbilə iPhone qiymətlərinin kəskin yüksələ biləcəyi barədə xəbərdarlıq etmişdi. Şirkət bu riskə qarşı Hindistandakı istehsal gücünü artıraraq Foxconn və Tata şirkətləri ilə əməkdaşlıq çərçivəsində üç fabrikdə iPhone istehsalına başlayıb.

Apple-ın yalnız Foxconn-un Chennai fabrikində ötən il 20 milyon iPhone istehsal olunub. Hal-hazırda ABŞ-a daxil olan iPhone-ların 20 faizi Hindistandan idxal edilir.

Donald Trampın Çindən idxala tətbiq etdiyi gömrük vergisini 54 faizdən 125 faizə yüksəltməsi nəticəsində, ABŞ-da hazırda 1599 dollara satılan iPhone 16 Pro Max modelinin qiymətinin 2300 dollara qədər artacağı gözlənilir.

Qeyd edək ki, prezident Tramp bu ay digər ölkələrə tətbiq edilən 10 faizlik gömrük tariflərini 90 gün müddətinə dayandırdığını açıqlayıb. Lakin Çinə qarşı sərt tariflər qüvvədə qalır.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #Hindistan #Apple #Trampın tarifləri #Gömrük tariflərinin artırılması #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi

Mövzu üzrə digər xəbərlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Digər Dövlətlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb

20:28
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran

İran rejimi süquta “çox yaxındır” - Netanyahu

19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
Digər Dövlətlər

ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir

19:45
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
Digər Dövlətlər

Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib

19:37

Son Xəbərlər

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.