4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ və ABŞ arasında ticarət gərginliyi

11 Aprel 2025 14:35
Aİ və ABŞ arasında ticarət gərginliyi

BAKI, AzerVoice

Avropa İttifaqı 90 günlük tarif fasiləsindən faydalanaraq ABŞ-la ticarət gərginliyinə həll yolu tapmaq istəyir

AzerVoice xəbər verir ki, Euro Group prezidenti və İrlandiyanın maliyyə naziri Paschal Donohoe, ABŞ-ın tətbiq etdiyi tariflərlə bağlı verdiyi 90 günlük fasiləni “fürsət pəncərəsi” adlandıraraq, bu müddət ərzində alternativ həll yolları tapmaq niyyətində olduqlarını bildirib.

O, Avro Qrupunun bu görüşdə qlobal iqtisadi dəyişiklikləri, ABŞ-ın tarif siyasətinin Avro Bölgəsinə təsirlərini və digər iqtisadi planları müzakirə edəcəyini qeyd edib.

Nazir həmçinin bildirib ki, Avro Bölgəsi büdcə, rəqabət qabiliyyəti, rəqəmsal avro və investisiya birliyi kimi əsas sahələr üzrə layihələrə sadiq qalacaq və gündəmdə dəyişikliklər olsa belə, bu istiqamətdə işlər davam etdiriləcək.

AB Komissiyasının sədri Ursula von der Leyenin də tarif məsələsində dialoqa açıq yanaşdığını vurğulayan Donohoe, ticarət gərginliyinin həlli üçün danışıqların əsas yol olduğunu və Avropa İttifaqı ölkələrinin bu prosesdə birlikdə hərəkət edəcəyini bildirib.

Donohoe qeyd edib ki, Avrozona ölkələri ABŞ-dakı potensial ticarət dəyişikliklərinə koordinasiyalı və uyğun şəkildə cavab verməyə hazırdır: “Bu 90 günlük fasiləni alqışlayırıq. Bu, bizim üçün konstruktiv dialoq qurmaq və alternativ yollar müzakirə etmək üçün bir fürsətdir” - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Çin xaricindəki ticarət tərəfdaşlarına tətbiq edilən əlavə tariflər 90 gün müddətinə dayandırılıb. Ursula von der Leyen də bu addımı müsbət dəyərləndirərək, danışıqlara şans verilməsinin vacibliyini qeyd edib. AB Komissiyası qarşı tədbirləri üzv dövlətlərin razılığı ilə bu fasilə müddətində müvəqqəti dayandıracağını açıqlayıb.

Məqalədə: #ABŞ #Avropa İttifaqı #Donald Tramp #Ursula fon der Leyen #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi #Ticarət tarifləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.