5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Bütün girovları azad etməyə hazırıq... silah isə təhvil verilməyəcək - HƏMAS

14 Aprel 2025 16:14
Bütün girovları azad etməyə hazırıq... silah isə təhvil verilməyəcək - HƏMAS

BAKI, AzerVoice

Qəzza zolağında HƏMAS hərəkatının rəhbəri Xəlil əl-Heyyənin başçılıq etdiyi HƏMAS-ın danışıqlar heyəti bazar günü Qahirədə Misirli rəsmilərlə, həmçinin Qətərli rəsmilərin iştirakı ilə bir neçə görüş keçirib.

Danışıqların məqsədi vasitəçi ölkələr olan Misir və Qətərin təşəbbüsü ilə HƏMAS və İsrail arasında fikir ayrılıqlarını aradan qaldırmaq və atəşkəsi təmin etməkdir.

HƏMAS-ın siyasi bürosunun rəhbərinin media müşaviri Tahir ən-Nunu "Biz, müharibənin dayandırılması, İsrailin Qəzza zolağından çıxması və humanitar yardımların daxil olması qarşılığında israilli bütün girovları ciddi mübadilə razılaşması çərçivəsində azad etməyə hazırıq."-deyə bildirib.

Ən-Nunu İsraili razılaşmanı pozmaqda ittiham edib və deyib ki, : “Problem girovların sayında deyil, problem ondadır ki, işğalçı tərəf öhdəliklərindən yayınır, atəşkəs razılaşmasının icrasını əngəlləyir və müharibəni davam etdirir.”

O, əlavə edib ki, HƏMAS vasitəçilərə İsrailin razılaşmanı yerinə yetirməsinə zəmanət verilməsinin vacibliyini açıq şəkildə çatdırıb. Əlavə edib ki, “HƏMAS danışıqlarda atəşkəs və girovların mübadiləsi ilə bağlı təqdim olunan fikirlərə çox müsbət və çevik yanaşıb.”

Qeyd edək ki, İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı görünməmiş hücumundan sonra Qəzza zolağında genişmiqyaslı müharibəyə başladı. Fələstin Səhiyyə Nazirliyi isə bazar günü səhərədək, yəni martın 18-dən bəri İsrailin hava zərbələri və hərbi əməliyyatlarının bərpasından sonra Qəzzada azı 1574 fələstinlinin öldüyünü açıqlayıb. Beləliklə, müharibə başlayandan bəri Qəzzada öldürülən fələstinlilərin ümumi sayı 50 944 nəfərə çatıb.

Məqalədə: #İsrail #Qəzza zolağı #Misir #Qətər #HƏMAS #Hizbullah #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #HƏMAS və Hizbullah əlaqələri #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #İsrail və HƏMAS müharibəsi #Qəzzada humanitar böhran #HƏMAS girovları #HƏMAS və İslami Cihad #HƏMAS və Qərb Sahilində təsir #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS-ın bəyanatı #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın hərbi strategiyası #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS və İsrail

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

11:51
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.