8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

UNRWA Qəzzada humanitar yardımın tükəndiyini açıqlayıb

29 Aprel 2025 17:23
UNRWA Qəzzada humanitar yardımın tükəndiyini açıqlayıb

BAKI, AzerVoice

Qəzzada aclıq dərinləşir - UNRWA yardımların tükəndiyini bildirib.

AzerVoice xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında humanitar yardımın tükəndiyini və aclığın gündən-günə daha da dərinləşdiyini açıqlayıb.

UNRWA-nın X platformasında yayımladığı paylaşımda, ehtiyacı olan insanlara əsas yardım vasitələrinin çatdırıla bilmədiyi və aclığın daha da yayıldığı vurğulanıb. Agentlik bildirib ki, təxminən 3000 yardım maşını Qəzzaya giriş üçün gözləyir və yardımların qarşısındakı əsas maneə sərhəd qapılarının bağlı qalmasıdır.

Qeyd edək ki, martın 2-dən etibarən İsrail, HƏMAS ilə əldə olunan atəşkəsin birinci mərhələsinin başa çatmasının ardından Qəzzaya humanitar yardımın daxil olmasını dayandırıb. İsrailin 7 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi hücumlar nəticəsində bölgədə 2 milyona yaxın insan didərgin düşüb, mülki infrastruktur və xəstəxanalar dağıdılıb. Sərhədlərin bağlı saxlanılması, su və elektrik təchizatının kəsilməsi isə Qəzzadakı fələstinlilərin vəziyyətini daha da ağırlaşdırıb.

Atəşkəsin qüvvədən düşdüyü 18 mart tarixindən bu yana İsrailin yenidən başlatdığı hücumlarda 2273 fələstinli həyatını itirib, 5864 nəfər yaralanıb. Ümumilikdə isə 7 oktybr 2023-cü ildən bu günə qədər 52 min 365 fələstinli ölüb, 117 min 905 nəfər isə yaralanıb.

Məqalədə: #İsrail #Qəzza zolağı #BMT #UNRWA #humanitar böhran #maliyyə yardımı #Humanitar fəlakət Qəzza #Beynəlxalq humanitar yardım #İsrail və UNRWA gərginliyi #Qəzzə və İsrail arasındakı gərginlik

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.