7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistanın ABŞ-dəki səfiri Kəşmir məsələsi ilə bağlı Trampa müraciət edib

1 May 2025 23:39
Pakistanın ABŞ-dəki səfiri Kəşmir məsələsi ilə bağlı Trampa müraciət edib

BAKI, AzerVoice

Pakistanın Vaşinqtondakı səfiri Rıdvan Səid Şeyx ABŞ Prezidenti Donald Trampa müraciət edərək, Kəşmir bölgəsindəki gərginliyin azaldılmasında vasitəçi rolunu üzərinə götürməsini istəyib.

AzerVoice xəbər verir ki, bu haqda Şeyx "Newsweek" jurnalına verdiyi müsahibədə bildirib.

Şeyx, Kəşmiri nüvə baxımından dünyanın ən təhlükəli bölgəsi adlandıraraq bildirib ki, Pakistan Hindistanla dinc əlaqələr qurmaq arzusundadır.

"Trampın qlobal sülhə töhfə vermək və münaqişələrin həllində rol oynamaq istəyirsə, Kəşmir onun bu məqsədinə uyğun ən mühüm məsələdir" - deyə, o vurğulayıb.

Eyni zamanda, Hindistanla gərginlik davam etdiyi bir məqamda Pakistan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb. Ordunun İctimai Əlaqələr Xidməti (ISPR) təlimin məqsədinin döyüş hazırlığını, hərbi uyğunlaşmanı və yeni nəsil silahların tətbiqini yoxlamaq olduğunu bildirib.

Pakistan Ordusunun quru qoşunlar komandanı general Asim Munir bildirib ki,
ordu hər cür fövqəladə vəziyyətə və ölkənin ərazi bütövlüyünü müdafiə etməyə hazırdır.

Digər tərəfdən, Hindistanın Xarici İşlər Naziri Subrahmanyam Cayşankar ABŞ Dövlət Katibi Marko Rubiyo ilə telefon danışığı aparıb və Pahalgam terror hücumunun günahkarlarının məsuliyyətə cəlb olunmasını tələb edib.

Kəşmir ətrafında gərginliklər barədə bilinməli olanlar

Kəşmir bölgəsi, tez-tez Hindistan və Pakistan arasında daimi gərginlik ocağı olmuşdur. Ən son, son illərin ən qanlı hücumlarından biri nəticəsində bölgədə gərginlik yenidən yüksəldi. Bu hadisə, 2019-cu ildə az qala silahlı qarşıdurmaya səbəb olan gərginlikləri yenidən xatırlatdı.

Çərşənbə axşamı günü Hindistana Kəşmir bölgəsindəki turizm məkanı olan Pahalgam qəsəbəsi yaxınlığında silahlı hücum nəticəsində azı 26 turist həlak olub, digərləri isə yaralanıb. Hindistan rəsmiləri rəsmi olaraq heç bir qruplaşmanı ittiham etməsələr də, hadisəni "terror aktı" kimi qiymətləndirərək Pakistana qarşı cəza tədbirləri tətbiq etməyə başladılar. Hindistan rəsmilərinin hərbi zərbələrə işarə edən bəyanatları Pakistanda geniş narahatlığa səbəb olub.

Məqalədə: #ABŞ #Pakistan #Donald Tramp #Hindistan #Kəşmir məsələsi #Kəşmir #Hindistan Pakistan müharibə

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.