9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Çinə tətbiq edilən rüsumları azaldacaq

4 May 2025 22:02
Tramp Çinə tətbiq edilən rüsumları azaldacaq

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, müəyyən mərhələdə Çindən idxal edilən mallara tətbiq edilən gömrük rüsumlarını azaldacaq.

AzerVoice xəbər verir ki, bu barədə o "NBC News" telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu addım atılmazsa, Vaşinqtonla Pekin arasında ticarət münasibətləri mümkün olmayacaq. Tramp bu fikirləri səsləndirərək konkret vaxt çərçivəsi göstərməyib.

“Bir vaxt gələcək ki, onları (rüsumları) azaldacağam, çünki əks halda onlarla biznes qura bilməyəcəyik”.

O qeyd edib ki, Çin ABŞ-la ticarət əlaqələrini davam etdirməyə çox ciddi şəkildə maraqlıdır, çünki Trampın sözlərinə görə, Çinin iqtisadi vəziyyəti hazırda çox pisdir.

Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və əraziyə aid məhsullara gömrük rüsumları tətbiq edildiyini elan etmişdi. Ümumi tariflər aprelin 5-də 10 faiz səviyyəsində qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da tətbiq edilib. Daha sonra Tramp bəzi ölkələr və ərazilərə qarşı qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarının 90 günlük dayandırıldığını açıqlayıb. Ağ Ev bu fasilənin ticarət danışıqları ilə əlaqəli olduğunu izah edib və bu müddətdə ümumi 10 faizlik tarif qüvvədə qalacaq. Eyni zamanda Tramp Çin məhsullarına tətbiq olunan tarifləri 125 faizə qədər artırıb. Bundan əvvəl isə Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər səy göstərmədikləri iddiası ilə əlavə 20 faizlik tarif tətbiq edilmişdi. Hazırda ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi ümumi tariflər 145 faizə çatır. Cavab olaraq Çin aprelin 12-dən etibarən ABŞ məhsullarına tətbiq etdiyi tarifləri 125 faizə qaldırıb.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #Ağ Ev #rüsumlar #rüsum #Gömrük rüsumları

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.