7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Təhsil Departamenti Harvardın federal maliyyəsini dayandırıb

6 May 2025 09:55
ABŞ Təhsil Departamenti Harvardın federal maliyyəsini dayandırıb

BAKI, AzerVoice

Harvard yeni federal maliyyə almayacaq.

AzerVoice xəbər verir ki, ABŞ Təhsil Departamenti Harvard Universitetinə yeni federal maliyyələşdirmənin yalnız müəyyən tələblər yerinə yetirildikdən sonra veriləcəyini açıqlayıb. Qərar Prezident Donald Tramp administrasiyasının tövsiyələrinə əsaslanaraq qəbul edilib.

Təhsil naziri Linda Makmahon bu barədə Harvard Universitetinin rəhbərliyinə məktub ünvanlayaraq, ali məktəbin ölkənin ali təhsil sisteminə etinasız yanaşdığını və müəyyən hallarda “ölkəyə nifrət bəsləyən əcnəbi tələbələri qəbul etməklə” bu sistemi lağa qoyduğunu bildirib.

Makmahon Harvardın qanuni və etik öhdəliklərə, şəffaflıq prinsiplərinə və akademik ciddiyyətə əməl etməkdə uğursuz olduğunu vurğulayıb. O, universitetin millətin ideallarına uyğun fəaliyyət göstərməli olduğunu, lakin bu dəyərlərə xəyanət etdiyini qeyd edib.

Departament rəsmiləri mətbuat konfransında bildiriblər ki, qərar yalnız federal tədqiqat qrantlarını əhatə edir, tələbələrə ayrılan təhsil yardımları isə bu məhdudiyyətə daxil deyil.

Qeyd edək ki, federal hökumət son dövrlər Fələstinə dəstək aksiyaları və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına görə Harvard da daxil olmaqla bir neçə universitetin maliyyəsini dondurmaqla hədələyib. Bu çərçivədə Harvard üçün nəzərdə tutulan 2,2 milyard dollarlıq maliyyə və 60 milyon dollarlıq müqavilə ödənişlərinin dondurulması qərara alınıb.

Harvard Universiteti bu qərarı qanunsuz hesab edərək Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. Tramp isə Truth Social platformasında universitetin “vergidən azad statusunun ləğv ediləcəyini” bildirib.

Lakin ABŞ mətbuatına danışan hüquq ekspertləri qeyd ediblər ki, Prezidentin qeyri-kommersiya təşkilatlarının vergi imtiyazlarını ləğv etdirməsi qanunla qadağandır. 1998-ci ildə qəbul edilmiş qanuna əsasən, Prezidentin bu cür müdaxilə etməsi Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı birbaşa və ya dolayı şəkildə təzyiq kimi qəbul olunur və qanunsuzdur.

Məqalədə: #ABŞ #Donald Tramp #Fələstinə dəstək yürüyüşü #Tramp administrasiyası #ABŞ-da təhsil #Harvard federal maliyyə qalmaqalı #Harvard Universiteti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.