8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Amerikanın böyük şəhərləri səssiz təhlükə ilə qarşı-qarşıyadır

8 May 2025 15:49
Amerikanın böyük şəhərləri səssiz təhlükə ilə qarşı-qarşıyadır

BAKI, AzerVoice

ABŞ-ın 28 iri şəhərində torpaq çökməsi müşahidə olunur.

AzerVoice xəbər verir ki, aparılan yeni peyk radar araşdırması ABŞ-ın əhalisi ən sıx olan 28 şəhərində torpaq səthinin əhəmiyyətli dərəcədə çökdüyünü ortaya çıxarıb.

2015–2021-ci illəri əhatə edən araşdırmaya görə, tədqiq edilən şəhərlərin hamısında torpaq sahələrinin ən azı 20 faizi çökməyə məruz qalıb. Bu göstərici 28 şəhərdən 25-də 65 faizi ötüb. Təxminən 34 milyon insanın yaşadığı bu şəhərlərdə torpaq çökməsinin əsas səbəbləri kimi urbanizasiya, quraqlıq və dəniz səviyyəsinin qalxması göstərilir.

Virciniya Texnologiya Universitetinin geofiziki Leonard Ohenin rəhbərlik etdiyi tədqiqatda səthinin 98 faizindən çoxu çökmüş şəhərlər arasında Nyu-York, Hyuston, Çikaqo, Dallas, Kolumbus, Detroit, Fort Uort, Denver, İndianapolis və Şarlotta da yer alır.

Araşdırmaya əsasən, Hyuston ən çox təsirlənən şəhərdir. Şəhərin 40 faizindən çoxunda torpaq ildə 5 mm-dən çox çökür, 12 faizində isə bu göstərici 10 mm-i ötür. Bu çöküşlərin əsas səbəbi kimi qrunt sularının həddən artıq istifadəsi və enerji sektorunda hasilat fəaliyyəti göstərilir.

Tədqiqatda 29 mindən çox binanın yüksək riskli ərazilərdə yerləşdiyi qeyd olunub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, torpaq səviyyəsindəki enmələr çox vaxt səssiz gedir və infrastruktur yalnız kritik mərhələdə ciddi ziyan görür.

Geofizik Manoochehr Shirzaei bildirib ki, “Bu cür risklər sürətlə böyüyən şəhərlərdə daha yüksəkdir və vaxtında tədbir görülmədikdə nəticələr ciddi ola bilər.”

Qeyd edək ki, mütəxəssislər torpaq çökməsinin qarşısını almaq üçün hər şəhərə uyğun fərqli tədbirlərin görülməsini tövsiyə edirlər. Sahil şəhərlərində duzlu suya qarşı mübarizə və fırtına qoruma sistemləri, Yeni Orleanda isə torpaq səviyyəsinin qaldırılması və drenaj sistemlərinin təkmilləşdirilməsi təklif olunur.

Məqalədə: #ABŞ #tədqiqat #ABŞ torpaq çökməsi #geoloji risklər #Dəniz səviyyəsinin qalxması #ABŞ infrastruktur riski #Ətraf mühit təhlükələri ABŞ

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
Siyasət

Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib

13:51
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41

Son Xəbərlər

Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
13:51
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.