5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ən ucuz dərmanlar ABŞ-da olacaq - Tramp

12 May 2025 09:08
Ən ucuz dərmanlar ABŞ-da olacaq - Tramp

BAKI, AzerVoice

Tramp dərman bazarında qlobal sarsıntı yaradacaq fərman imzalayacağını açıqlayıb.

AzerVoice xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp reseptlə satılan dərmanların qiymətlərini kəskin şəkildə azaltmaq məqsədilə yeni icra sərəncamı imzalayacağını bildirib.

Tramp bu qərarı Truth Social platformasında paylaşaraq, ölkəsinin tarixində ən əhəmiyyətli fərmanlardan birinə imza atacağını qeyd edib.

Trampın sözlərinə görə, fərmanın məqsədi ABŞ vətəndaşlarının dərmanlara daha ucuz və ədalətli şəkildə çıxışını təmin etməkdir. O, ABŞ-da dərman qiymətlərinin dünyanın digər ölkələrinə nisbətən çox yüksək olduğunu və bunun uzun illərdir tənqid mövzusu olduğunu bildirib.

“Eyni şirkət tərəfindən, eyni laboratoriyada istehsal edilən bir dərmanın ABŞ-da digər ölkələrlə müqayisədə 5-10 dəfə baha satılması izaholunmaz və ədalətsizdir.” - deyə o bildirib.

Tramp əlavə edib ki, əczaçılıq şirkətləri illərdir yüksək qiymətləri Tədqiqat və İnkişaf (AR-GE) xərcləri ilə əsaslandırır, lakin bu yük əsasən Amerika vətəndaşlarının üzərinə düşür.

Yeni sərəncam çərçivəsində ABŞ-ın dünyanın ən aşağı dərman qiymətləri ilə dərman alan ölkəsi olması hədəflənir. Dünya üzrə dərman qiymətlərinin yüksələcəyi, lakin bunun fonunda ABŞ-da ədalətin bərqərar olacağı vurğulanır.

Tramp bildirib ki, bu addım ABŞ-a trilyonlarla dollar qənaət qazandıracaq və səhiyyə sistemində ciddi dönüş nöqtəsi olacaq.

Qeyd edək ki, Donald Tramp ilk prezidentliyi dövründə də dərman qiymətlərinin azaldılması üçün bir sıra addımlar atılmışdı. Lakin bu sahədə ciddi sistem dəyişikliyi baş verməmişdi. Yeni elan edilən fərman isə qlobal dərman bazarına və əczaçılıq şirkətlərinin qiymət siyasətinə birbaşa təsir göstərə bilər.

Məqalədə: #ABŞ #Donald Tramp #Ağ Ev #Tramp administrasiyası #Trampın fərmanları #sosial media platforması Truth #dərman sektoru #ABŞ dərman siyasəti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.