7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniya İrlandiyanın rep qrupunu “Hizbullah”ı dəstəkləməkdə ittiham edir

22 May 2025 14:38
Britaniya İrlandiyanın rep qrupunu “Hizbullah”ı dəstəkləməkdə ittiham edir

BAKI, AzerVoice

Şimali İrlandiyanın “Kneecap" adlı rep qrupunun üzvü Liam Ohana Londonda keçirilən konsert zamanı “Hizbullah” bayrağı qaldırdığı üçün terrorçuluqla əlaqəli cinayətdə ittiham olunub.

AzerVoice xəbər verir ki, bu barədə London polisinin verdiyi açıqlamada bildirilib.

Açıqlamaya əsasən, ifaçı 2023-cü ilin noyabrında Londondakı “O2” konsert zalında çıxış edərkən, "Hizbullah"ı dəstəklədiyinə dair şübhələr doğuracaq şəkildə bir bayraq qaldırıb. Bu isə Birləşmiş Krallığın 2000-ci il Terrorizm Qanununa əsasən cinayət sayılır.

Liam Ohana – səhnə adıyla Mo Chara – 18 iyun tarixində Londonda məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, Böyük Britaniya “Hizbullah”ı rəsmi şəkildə terror təşkilatı kimi tanıyır.

Məlumat üçün bildirək ki, üç nəfərdən ibarət “Kneecap" qrupu fələstinlilərə açıq dəstəyilə tanınan musiqiçilərdən ibarətdir. Qrup xüsusilə ABŞ-ın Kaliforniya ştatında keçirilən “Coachella” musiqi festivalında İsraili Qəzzada fələstin xalqına qarşı soyqırımı törətməkdə ittiham etdikdən sonra kəskin tənqidlərə məruz qalıb.

Bundan sonra sosial mediada yayılan müxtəlif videolarda qrup üzvlərindən birinin səhnədə “Hadi HƏMAS! Hadi Hizbullah!” deyə qışqırdığı anlar da böyük reaksiyaya səbəb olub.

Ötən ilin may ayının əvvəlində Britaniya Antiterror Polisi bu videolarda mümkün cinayət əlamətlərinin olduğunu bildirərək istintaqa başlayıb.

“Biz nə "HƏMAS"ı, nə də "Hizbullah"ı dəstəkləmişik və heç vaxt dəstəkləməmişik. Bu ittihamı qətiyyətlə rədd edirik və özümüzü sonadək müdafiə edəcəyik. Qəzzada 14 min uşaq aclıqdan ölmək üzrədir, amma diqqət yenidən bizə yönəlib” - deyə, qrupun üzvləri bildiriblər.

Son həftələrdə qrup Cənubi İngiltərədə bir festivaldan uzaqlaşdırılıb, eləcə də Almaniyada sentyabr ayında planlaşdırılan bir neçə konserti ləğv edilib.

Britaniya Yəhudiləri Deputatlar Şurası ölkədə məşhur olan “Glastonbury” festivalının təşkilatçılarını iyun ayının sonunda planlaşdırılan “Kneecap" konsertini də ləğv etməyə çağırıb.

Məqalədə: #İsrail #Fələstin #HƏMAS #Britaniya #Hizbullah

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.