5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail naziri Avropaya xəbərdarlıq edib

26 May 2025 13:23
İsrail naziri Avropaya xəbərdarlıq edib

BAKI, AzerVoice

İsrail naziri Fələstin torpaqlarını öz ərazisinə qatmaqla hədələyir.

AzerVoice xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar bəzi Avropa ölkələrinin Fələstini tanıması halında ölkəsinin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrini və İordaniya vadisini öz ərazisinə qatacağı ilə hədələyib.

Saar bildirib ki, Fransa və İngiltərə kimi ölkələr Fələstin dövlətini tanımaq qərarı verərsə, buna cavab olaraq İsrail həmin bölgələri birtərəfli qaydada özünə birləşdirə bilər. Onun sözlərinə görə, bu addım Avropa ölkələrinin atdığı birtərəfli siyasi qərarlara cavab olacaq.

“İsrailə qarşı atılacaq hər hansı birtərəfli addımın cavabı, eyni şəkildə, İsrailin də birtərəfli addımları olacaq” - deyə Saar vurğulayıb.

Bu açıqlamalar, Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü və Səudiyyə Ərəbistanının dəstəyi ilə iyunun 18-də Nyu-Yorkda keçiriləcək və Fələstin dövlətinin tanınmasının müzakirə olunacağı beynəlxalq konfrans ərəfəsində səsləndirilib. Diplomatik mənbələrə görə, Makron həmin tarixdə bir çox ölkənin Fələstini tanımasını hədəfləyir.

Eyni zamanda, qəzet ABŞ-ın bu konfransda iştirak etməyəcəyini, lakin digər ölkələrə təzyiq göstərmək niyyətində olmadığını yazıb.

Qeyd edək ki, hazırda BMT-yə üzv 193 ölkədən 149-u Fələstin dövlətini tanıyır və iyunda keçiriləcək beynəlxalq tədbirdə bu sayın artacağı gözlənilir.

Məqalədə: #İsrail #Fələstin #Avropa #ABŞ #Fransa #Emmanuel Makron #İsrail Fələstin münaqişəsi #İsrail-Fələstin münaqişəsi #Gideon Saar #Fələstin dövlətinin tanınması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.