10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

HƏMAS ABŞ-ın atəşkəs təklifini yetərsiz sayır

30 May 2025 11:31
HƏMAS ABŞ-ın atəşkəs təklifini yetərsiz sayır

BAKI, AzerVoice

HƏMAS ABŞ-ın atəşkəs təklifini yetərsiz sayır.

AzerVoice xəbər verir ki, İsrailin Qəzzaya hücumlarını davam etdirməsinə baxmayaraq, ABŞ vasitəçiliyi ilə təqdim edilən atəşkəs təklifi HƏMAS tərəfindən qəbul edilməyib.

Hərəkat təklifin gözləntiləri qarşılamadığını və mövcud formada qeyri-adekvat olduğunu bildirib.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff vasitəsilə irəli sürülən son təklif əsir mübadiləsi və Qəzzada müvəqqəti atəşkəsi nəzərdə tutur. İsrailin baş naziri Benyamin Netanyahunun bu təklifi qəbul edəcəyi açıqlanıb. Ağ Ev isə HƏMAS-ın hələlik cavab vermədiyini və danışıqların davam etdiyini bildirib.

HƏMAS yazılı açıqlamasında, vasitəçilər tərəfindən təqdim edilən planın hazırda təşkilatın aidiyyəti bölmələri tərəfindən məsuliyyətlə araşdırıldığını qeyd edib. Hərəkat əlavə edib ki, verəcəyi cavab Qəzza xalqının maraqlarını qorumağa, humanitar yardımların təmin edilməsinə və daimi atəşkəsin qurulmasına yönələcək.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumları nəticəsində minlərlə mülki şəxs həlak olub və bölgədə humanitar böhran dərinləşib. Bu səbəbdən beynəlxalq ictimaiyyət tərəfləri dayanıqlı atəşkəsə çağırır.

Məqalədə: #Qəzza zolağı #ABŞ #Donald Tramp #HƏMAS #atəşkəs razılaşması #atəşkəs danışıqları #İsrail-HƏMAS atəşkəsi #Stiv Uitkoff #HƏMAS İsrail münaqişəsi #Qəzzə və İsrail arasındakı gərginlik

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.