7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Banqladeşin sabiq Baş naziri və DİN-in həbsinə order verilib

1 İyun 2025 20:30
Banqladeşin sabiq Baş naziri və DİN-in həbsinə order verilib

BAKI, AzerVoice

Beynəlxalq Cinayət Tribunalı Banqladeşin sabiq baş naziri Şeyx Hasina və keçmiş daxili işlər naziri Asaduzzaman Xan Kamalın həbsinə order verib.

AzerVoice xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

Məlumata əsasən, onlar keçən ilin iyul-avqust aylarında baş vermiş kütləvi etirazlar zamanı törədilmiş insanlığa qarşı cinayətlərdə ittiham olunurlar. Həmin etirazlar nəticəsində yüzlərlə tələbə və mülki şəxs həyatını itirmişdi.

Məhkəmə Şeyx Hasina, Asaduzzaman Xan Kamal və sabiq polis rəisi Abdulla əl-Mamuna qarşı irəli sürülmüş ittihamları qəbul edib. İş üzrə növbəti iclasın iyunun 16-da keçiriləcəyi bildirilib.

İttiham tərəfi bildirir ki, Şeyx Hasina kütləvi qətllərin təşkilatçısı olub və təhlükəsizlik qüvvələrinə, eləcə də o dövrdə hakimiyyətdə olan “Avami Liqa” partiyasının fəallarına etirazları zor gücü ilə yatırtmaq barədə birbaşa göstəriş verib. Prokurorluq 81 nəfərlik şahid siyahısı təqdim edib və bu şəxslərin hər biri ittiham olunanlara qarşı ifadə verməyə hazırdır. Məhkəmə prosesinin bir neçə ay davam edəcəyi gözlənilir.

Sabiq baş nazirə qarşı məhkəmə iclasları Banqladeşin dövlət televiziyasında birbaşa yayımlanıb və bu proses ictimaiyyətdə böyük rezonansa səbəb olub. Bu məhkəmənin özəlliyi ondadır ki, onu 2009-cu ildə elə Şeyx Hasina özü 1971-ci il müharibə cinayətlərini araşdırmaq üçün yaratmışdı. İndi isə həmin instansiya məhz ona qarşı ittihamları araşdırır.

Keçən il avqustun 5-də anti-hökumət etirazları fonunda Şeyx Hasina istefa verərək Hindistana qaçmışdı. Ona qarşı keçirilən aksiyalarda əsasən işsizlik və gələcək perspektivlərin olmamasından narazı olan tələbələr iştirak edirdi. İyul və avqust aylarında Banqladeşin müxtəlif şəhərlərində baş verən toqquşmalarda təxminən min 400 nəfər həlak olmuşdu. Avqustun 8-də isə ölkədə keçid hökuməti formalaşdırıldı və baş nazir postuna Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus gətirildi. Banqladeş hakimiyyəti artıq Şeyx Hasinanın məsuliyyətə cəlb edilməsi üçün onun ekstradisiyasını rəsmi şəkildə tələb edib.

Məqalədə: #Banqladeş

Mövzu üzrə digər xəbərlər

Banqladeşdə daşqınlar 44 nəfərin həyatına son qoyub, bir milyondan çox insan çətin vəziyyətdə qalıb
Digər Dövlətlər

Banqladeşdə daşqınlar 44 nəfərin həyatına son qoyub, bir milyondan çox insan çətin vəziyyətdə qalıb

11 İyul 19:19
Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub
Mədəniyyət

Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub

17 İyun 18:07
Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan
Türkiyə

Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

6 İyun 14:31
Rohingiya müsəlmanlarının problemlərinin həlli üçün Ankara fəal əməkdaşlıq aparır - Hakan Fidan
Türkiyə

Rohingiya müsəlmanlarının problemlərinin həlli üçün Ankara fəal əməkdaşlıq aparır - Hakan Fidan

5 İyun 13:10

Son Xəbərlər

BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.