8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran kəşfiyyatı İsrailin nüvə layihələri ilə bağlı bəzi sənədlər əldə edib - İran mediası

7 İyun 2025 18:44
İran kəşfiyyatı İsrailin nüvə layihələri ilə bağlı bəzi sənədlər əldə edib - İran mediası

BAKI, AzerVoice

İranın kəşfiyyat orqanları, İsrail nüvə layihələri ilə əlaqəli strateji məlumatlar və sənədlər əldə edib.

AzerVoice xəbər verir ki, bu barədə İran telviziyası məlumat yayıb.

"İran kəşfiyyat orqanları, işğalçı sionist rejimi ilə əlaqəli çoxsaylı strateji və həssas məlumat və sənədlər əldə edib, o cümlədən nüvə layihələri və obyektləri ilə bağlı minlərlə sənəd" - deyə, məlumatda bildirib.

Lakin bu sənədlərin məzmunu və ya necə əldə edildiyi ilə bağlı heç bir əlavə məlumat verilməyib.

Bu açıqlamalar, İsrailin İranın nüvə proqramını özünün mövcudluğuna təhdid olaraq qiymətləndirdiyi bir vaxtda verilib, halbuki mütəxəssislər İsrailin Yaxın Şərqdə tək nüvə gücü olduğunu qəbul edirlər.

Qeyd edək ki, Qərb ölkələri, başda ABŞ və İsrail olmaqla, İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edirlər, lakin Tehran bunu inkar edir.

İran isə öz növbəsində, nüvə enerjisi istehsal etmək hüququnu müdafiə edir, xüsusilə elektrik enerjisi istehsalı məqsədilə, bu da İranın imzaladığı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun gəlir.

İran, zaman-zaman casusluq ittihamları ilə şəxslərin həbs edildiyini bildirir və İsraili öz nüvə proqramı ilə əlaqəli hədəf almış sui-qəsdlər və təxribatların arxasında durmaqda ittiham edir.

Keçən il gərginlik zirvəyə çatmışdı, çünki İran iki dəfə İsrailin ərazilərini birbaşa yüzlərlə raket və pilotsuz uçan aparatla hədəf almışdı.

İran, bu hücumların, İsrailə aid olduğu bildirilən Suriya konsulluğuna edilən ölümcül hava hücumuna cavab olduğunu bildirib.

Həmçinin Tehran, HƏMAS hərəkatının rəhbəri İsmayıl Həniyə'nin öldürülməsinə cavab olaraq intiqam reaksiyası verdiyini bəyan edib. İsrail bu öldürülmənin məsuliyyətini öz üzərinə götürüb. İran həmçinin, İran ərazisində İsrail tərəfindən həyata keçirilən hava hücumunda həlak olan, İranla ittifaqda olan "Hizbullah" hərəkatının keçmiş baş katibi Həsən Nəsrullahın ölümünü də intiqamla əlaqələndirib.

Məqalədə: #İsrail #İran #nüvə silahı #İranın nüvə proqramı #İran kəşfiyyatı

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.