7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ və Kamboca ticarət razılaşmasının şərtləri üzrə razılığa gəliblər

8 İyun 2025 15:05
ABŞ və Kamboca ticarət razılaşmasının şərtləri üzrə razılığa gəliblər

BAKI, AzerVoice

Kamboca və ABŞ, qarşılıqlı ticarət razılaşmasının əsas şərtləri üzrə razılığa gəliblər.

AzerVoice xəbər verir ki, bu barədə kambocanın Khmer Times qəzeti məlumat verib.

Məlumata əsasən, Kamboca və ABŞ arasında ikitərəfli əlaqələrin koordinasiyasına dair xüsusi işçi qrupu və ABŞ-nın ticarət danışıqları üzrə nümayəndəlik ofisi Vaşinqtonda ikinci danışıqlar raundunu başa vurub və qarşılıqlı ticarət razılaşmasının bir neçə əsas şərti üzrə razılığa gəliblər.

Kamboca nümayəndə heyətinə başçılıq edənlər arasında Baş nazirin müavini, Kamboca İnkişaf Şurası sədrinin birinci müavini Sun Çantol və Ticarət naziri Çam Nimol, ABŞ tərəfdən isə Cənub-Şərqi Asiya və Sakit Okean bölgəsi üzrə ABŞ-nın ticarət nümayəndəsinin köməkçisi Sara Ellerman olub.

Nəşr yazır ki, tərəflər yaxın vaxtlarda Vaşinqtonda danışıqlar üçüncü raundunun keçirilməsi barədə razılığa gəliblər. Kamboca Krallığının hökuməti, Baş nazir Hun Manet rəhbərliyində, qarşılıqlı faydalı ticarət və investisiya əlaqələri qurmaq üçün ABŞ ilə sıx əməkdaşlığını davam etdirəcək.

Qeyd edək ki, ilkin olaraq, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp, bütün ABŞ idxalı üçün yeni idxal tariflərinin tətbiq olunacağını açıqladı. Bunun ardınca Kambocanın Baş naziri, prezidentə yeni tarif dərəcələri üzrə qarşılıqlı razılığa gəlmək üçün danışıqlar aparmağı təklif edən bir məktub göndərmişdi. Pnompen, ABŞ-dan olan malların idxalını artırmaq və eyni zamanda mövcud 35 faizlik tarif dərəcəsini 19 kateqoriya üzrə 5 faizə endirmək öhdəliyi götürmüşdü.

Aprelin 2-də ABŞ prezidenti, ölkəyə idxal edilən bütün mallar üçün 10 faiz tarif tətbiq olunacağını və ABŞ ilə ən yüksək ticarət defisiti olan onlarla ölkəyə əlavə güzəştli idxal tarifləri tətbiq olunacağını açıqlamışdı. Kamboca, Asiya ölkələrinin iqtisadiyyatları üçün ən yüksək olan 49 faizlik tarif ilə üzləşmişdi və bu, dünyada üçüncü ən yüksək tarifdir. Kambocanın qonşuları olan Laos (48 faiz), Vyetnam (46 faiz), Tayland (36 faiz) və İndoneziya (32 faiz) da yüksək tarif tətbiq edilən ölkələr sırasına daxildirlər.

Məqalədə: #ABŞ #Donald Tramp #Kamboca #ticarət #danışıqlar #rüsumlar

Mövzu üzrə digər xəbərlər

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

18:37
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.