8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tehran hava məkanı nəzarət altındadır - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yisrael Katsın Tehran sakinlərinə yönəlik hədəsindən sonra “Tehranın təxliyə edilməsi” mesajını verib.

16 İyun 2025 17:34
Tehran hava məkanı nəzarət altındadır - Netanyahu

BAKI, AzerVoice

İsrailin Baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yisrael Katsın Tehran sakinlərinə yönəlik hədəsindən sonra “Tehranın təxliyə edilməsi” mesajını verib.

AzerVoice xəbər verir ki,Netanyahu, Tel Nof Hərbi Hava Bazasında keçirdiyi səfərdən sonra məsələ ilə bağlı açıqlama verib.

İsrail Hərbi Hava Qüvvələrinin “Tehranın hava məkanına nəzarət etdiyini” iddia edən Netanyahu, “nüvə təhdidini və İranın hərbi gücünü sıradan çıxarmaq məqsədində irəlilədiklərini” bildirib.

Netanyahu çıxışında “Tehran sakinlərinə şəhəri tərk etmələrini deyirik” ifadəsini işlədib.

Müdafiə naziri Kats isə daha əvvəl İranın cavab hücumlarında İsraildə mülki şəxsləri hədəf aldığını və bunun əvəzini Tehran əhalisinin ödəyəcəyini bildirmişdi.

Gələn reaksiyalardan sonra yazılı açıqlama verən Katz, “Tehran əhalisinə fiziki zərər vermək niyyətində olmadıqlarını” iddia edib.

Xatırladaq ki, İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Məqalədə: #Netanyahu #Tramp və Netanyahu münasibətləri #Benyamin Netanyahu HƏMAS siyasəti #Netanyahu yeni Yaxın Şərq planı #Netanyahu İran siyasəti #Netanyahunun regional siyasəti

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi
Gündəm

Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

1 Sentyabr 15:53
Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan
Türkiyə

Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

31 Avqust 18:49
İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu
İran

İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

26 Avqust 17:53

Son Xəbərlər

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.